"Vəhşi bir həsrətin içinə doğulduq solğun analardan..." - İsveçli şairin məşhur şeiri

"Vəhşi bir həsrətin içinə doğulduq solğun analardan..." -  İsveçli şairin məşhur şeiri
16 sentyabr 2026
# 10:40

Bu gün İsveç yazıçısı və şairi Dan Andersonun anım günüdür.

Kulis.az onun məşhur "Luossalı diləmçinin ətrafında..." şeirini təqdim edir.

Luossalı dilənçinin ətrafında hamı dairə qurub oturdu,
Tonqal başında dinlədilər onun oxumasını.
Dilənçilərdən, yolkəsənlərdən, heyrətamiz şeylərdən,
Bütün gecə boyu oxudu o, öz ruhunun həsrətini...

Nəsə var dağların o tayında, çiçəklərin, mahnının o tayında,
Nəsə var ulduzlar arxasında, yanan qəlbimin dərinliyində.
Eşitmirsinizmi, kimsə gəlib pıçıldayır, çağırır, yalvarır:
"Gəl bizə, çünki bu yerlər deyil sənin səltənətin!"

Mən sahilə dəyən sakit dalğaların səsini dinləmişəm,
Vəhşi dənizlərin rahatlığından xəyallar qurmuşam əzəldən.
Ruhən tələssəm də o adsız-formasız diyara,
Orada unudulacaq ən əziz bildiyimiz hər bənd.

Vəhşi və əbədi bir həsrətin içinə doğulduq solğun analardan,
Qayğıların doğum sancısından yüksəldi ilk iniltimiz.
Atıldıq dağlara, düzlərə ki, oynayıb dolanaq hər yanda,
Maral, şir, kəpənək, dilənçi və Tanrı olduq biz...

Səssizcə otursam da ürəyi mənimki tək olan o qadının yanında,
O, yumşaq əlləri ilə sevgiylə düzəldəndə yuvanı...
Eşitdim ürəyimin hayqırtısını: "Sənin sahib olduğun sənə məxsus deyil, anla!"
Və ruhum məni aparıb uzaqlara, tərk etdi bu dünyanı.

Sevdiyim şey uzaqdadır və qaranlıq məsafələrdə gizlənib,
Mənim əsl yolum yaşıl, heyrətamiz və təkdir.
Və mən bu hay-küyün ortasında Tanrıya dua etməyə çağırılıram:
"Al bu dünyanı əlimdən, heç kimin sahib olmadığı mənə gərəkdir!"

Mənə qoşul, qardaşım, sakit, sərin çayları olan dağların o tayında,
Orada bütün dəniz asta-asta yuxuya gedər dağ qoynunda.
Göyün o tayında bir yerdədir mənim evim, anam oradadır,
Qızıl naxışlı dumanlar içində, qızılgül mantiyasına bürünmüş halda.

Qoy duzlu sular sərinlətsin atəşdən qızaran yanaqları,
Qoy səhər tam açılmamış mil-mil uzaqda olaq həyatdan.
Bu dünyadan deyildim mən, sonsuz əzab-əziyyət çəkdim,
Narahatlığımda, imansızlığımda, oddan olan sevgimdə batan...

Mirvarilərlə örtülmüş dəniz sahilində qızılgüllərdən bir qapı durur,
Orada, rahatlıq içində çürüyər gəmi qırıntıları, yorğun insanlar dincələr.
Heç vaxt eşidilməmiş uca mahnılar skripka əks-sədası kimi oxuyur,
Səadət övladlarının əbədi gənc yaşadıqları tağlar altında - sevinclə!

Rus dilindən sətri tərcümə: Aydan Ağayeva

# 525 dəfə oxunub

Oxşar xəbərlər

"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının  şeirləri

"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının şeirləri

15:00 13 oktyabr 2026
“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

13:00 13 oktyabr 2026
"Alnımın qırış yerindən taleyin çaparı keçir..."  - Əlisəmid Kürün şeirləri

"Alnımın qırış yerindən taleyin çaparı keçir..." - Əlisəmid Kürün şeirləri

11:50 13 oktyabr 2026
"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

15:00 9 oktyabr 2026
Bizə "ölümün adamları" deyirlər...  - Məşhur seneqallı şairdən şeir

Bizə "ölümün adamları" deyirlər... - Məşhur seneqallı şairdən şeir

14:00 9 oktyabr 2026
"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

12:00 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər