"Mən kitab gördüm, bütün sözləri büllurdan..." - Günün şeiri

"Mən kitab gördüm, bütün sözləri büllurdan..."  - Günün şeiri
21 aprel 2026
# 13:30

Bu gün görkəmli İran şairi və rəssam Söhrab Sipehrinin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun şeirini Məsiağa Məhəmmədinin tərcüməsində təqdim edir.

Mən dilənçi gördüm ki,
qapı-qapı gəzib, qaranquş nəğməsi istəyirdi,
bir qovun qabığı önündə namaz qılırdı bir süpürgəçi – gördüm.

Bir quzu gördüm, çərpələng yeyirdi,
Bir ulaq gördüm ki, yoncanı başa düşürdü.
“Nəsihət” otlağında tox bir inək gördüm.

Bir şair gördüm ki, zanbağa “siz” deyə müraciət edirdi.
Mən kitab gördüm, bütün sözləri büllurdan.
Kağız gördüm, bahardan.
Muzey gördüm, yaşıllıqdan uzaq,
Məscid gördüm, sudan uzaq.
Bir fəqihin balışı yanında kuzə gördüm, sualla dolu.

Mən qatar gördüm ki, işıq aparırdı,
Mən qatar gördüm ki, fiqh aparırdı və necə ağır gedirdi.
Mən qatar gördüm ki, siyasət aparırdı (və necə də boşdu).
Mən qatar gördüm ki, nilufər toxumu və bülbül nəğməsi aparırdı.

Təyyarə gördüm ki, minlərlə fut yüksəklikdə
şüşəsindən yer görünürdü: şanapipiyin darağı,
kəpənəyin qanadındakı xalı, qurbağanın hovuzdakı əksi
və milçəyin təhnalıq küçəsindən keçməsi.
Bir çinardan yerə enən sərçənin işıqlı istəyi.
Günəşin yetkinləşməsi.
Və gəlinciyin səhərlə gözəl qucaqlaşması.

Mən pillələr gördüm: şəhvət istixanasına,
şərab zirzəmisinə gedən pillələr.
Qızılgülün solması qanununa, həyatın riyazi dərkinə,
işraq damına, təcəlla səkisinə gedən pillələr.
Anam aşağıda stəkanları çayın xatirəsində yuyurdu...

# 1229 dəfə oxunub

Oxşar xəbərlər

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

14:30 2 noyabr 2026
"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

11:00 1 noyabr 2026
"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri

"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri

14:30 30 oktyabr 2026
"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

17:30 27 oktyabr 2026
"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

15:30 27 oktyabr 2026
Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

16:33 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər