Bir gün çarpayımda yatsan - Qəşəm Nəcəfzadənin şeiri

Bir gün çarpayımda yatsan - Qəşəm Nəcəfzadənin şeiri
17 oktyabr 2023
# 12:12

Bu gün yazıçı Kəramət Böyükçölün doğum günüdür. Kulis.az bu münasibətlə şair Qəşəm Nəcəfzadənin ona həsr etdiyi şeiri təqdim edir.

Oğlum Kəramət Böyükçölə


Kəramət, səni çağırsam
Səsimin titrəyişi tanış gəlsə
Tanış bir adama oxşasam
Səni güldürmək üçün
Durub it kimi ulasam
Pişik kimi miyoldasam
Kəramət.


Ayaqqabımı sənə versəm geyməyə
Köynəklərimi sənin üçün daraltsam
Kompüterimi sənə bağışlasam
Bir gün çarpayımda yatsan
Xəstə ürəyimin döyüntülərini
Bir-bir çarpayıdan yığsan
Kəramət.


Səninlə gizlənpaç oynasam
Qaçıb bir qara daşın altına girsəm
Sən məni gəzsən, çağırsan,
Qaçıb, qaçıb göz yaşlarından öpsəm
Üzr istəsəm
Kəramət.


Əllərimi sənə açsam
Səndən bir xatirə dilənsəm
Atanın bir şəklini səndən istəsəm
Sən də o şəkli tapa bilməsən
Kəramət.


Uşaqlıq şəkillərini yığıb sənə versəm
Uşaq kimi iməkləsəm
Körpə kimi qığıldasam
Kəramət.


indi bütün qığıltılarını səsləndirsəm
Əmziyini, süd şüşəni sənə versəm
Dizlərimi çopur daşlar sıyırsa
Əllərimi isti çayla yandırsam
Mən sənin oğlun olsam
Sən mənim atam olsan
Kəramət.

# 6357 dəfə oxunub

Oxşar xəbərlər

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

14:30 2 noyabr 2026
"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

11:00 1 noyabr 2026
"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri

"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri

14:30 30 oktyabr 2026
"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

17:30 27 oktyabr 2026
"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

15:30 27 oktyabr 2026
Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

16:33 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər