Xaricdə döyülən həmvətənlərimiz bizə nə öyrədir?

Xaricdə döyülən həmvətənlərimiz bizə nə öyrədir?
24 iyul 2020
# 11:32

Ölkə olaraq iki düşmənlə müharibə şəraitindəyik: biri bu il hamımıza tanış olan koronavirus epidemiyasıdır, digəri isə mənfur qonşularımız ermənilər.

Koronovirus bəlası ilə hardasa başa çıxmaq olur. Ən azından fərd olaraq. Gigiyenik qaydalara əməl edirsən, sosial məsafəni qoruyursan, bir təhər dözürsən.

Amma ermənilərlə necə, hansı yolla mübarizə aparıb ürəyini soyudasan?

Torpaqlarımızın iyirmi faizini işğal etdikləri az deyilmiş kimi Tovuzda təxribat törətdilər, cəbhənin bir çox yerində atəşkəsi pozub, güllə atdılar, zabitlərimizi, əsgərləimizi öldürdülər.

İndi də xaricdə yaşayan həmvətənlilərimizi təxribatlara, ixtişaşlara çəkirlər.

ABŞ-da yaşayan radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binası qarşısında da təxribatçı şüarlarla etiraz aksiyaları keçirib, soydaşlarımıza hücum çəkdilər. Yaralanan, əzilən yenə biz olduq. Erməni insanı heç düşünmür ki, atdığı addım barbarlıq, faşistlikdir. Nəyin qafasını yaşayır bunlar? Azərbaycan onlara hansı təxribatçı, zorakı hallar, hadisələr yaşatdı?!

İlk güllə sizdən gəlmədimi?

Generalımız, əsgərlərin sevimli komandiri Polad Həşimovu siz öldürmədinizmi?

Anaları gözüyaşlı siz qoymadınızmı?

Bu günlərdə də sosial şəbəkələrdə Belçikanın paytaxtı Brüsseldə döyülən azərbaycanlı gəncin videosu yayıldı. Bir neçə erməni dığası bizimkini təkləyib, təhqir edirlər, döyürlər. Bunun hansı tərəfi insanlığa sığar?

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri mövcuddur, ATƏT-in qərarı var ki, ermənilər ərazi bütövlüyümüzü pozublar. Bu yaxınlarda ABŞ Konqresi ərazilərimizlə bağlı gec də olsa “işğal” ifadəsini işlətdi.

Belə bir vəziyyətdə həmvətənlərimizi həyasızca döyür, təhqir edirlər. Videolara baxanda içimdəki humanist, kosmopolit ideyalar çilik-çilik oldu. Bu günə qədər Qarabağın sülhlə qaytarılmasının tərəfdarı idimsə, artıq bıçaq sümüyə dirənib. Tək yol qalıb: Savaşmaq!

Xaricdə yaşayan azərbaycanlıları birləşməyə, həmrəylik nümayiş etdirməyə səsləyirik. Artıq birlik zamanıdır.

Ramil Səfərov Macarıstanda erməni zabiti öldürəndə Azərbaycanda bu hadisəni qınayanlar oldu. Müharibə meydanının Qarabağ olduğunu deyən humanistlərə indi necə haqq qazandırasan? Düşmən dünyanın hər yerində düşməndir.

Qarabağ savaşında minlərlə həmvətənimiz işgəncələrlə, vəhşiliklərlə qətlə yetirildi. Bunlardan biri hələ də yadımdan çıxmır. Qarabağda əsir götürülən döyüşçüyə nə qədər işgəncə verirlər ki, onun dilindən “Qarabağ ermənilərindir” sözünü eşitsinlər, mümkün olmur. Axırda üstünə benzin töküb yandırırlar. Adam yana-yana da “Qarabağ bizimdir!” deyib qışqırır. Bu cür faşizmə susmaq olmur, olmamalıdır da.

Son günlər baş verən hadisələr müharibənin siqnalıdır. Görünür, başqa yol qalmır. İllərdir davam edən bu nifrət artıq savaşa çevrilməli, ərazi bütövlüyümüz bərpa olunmalıdır.

Ədəbiyyat, sənət müharibəni bəşəriyyətin fəlakəti adlandırsa belə savaş labüddür. Adi bir detal söyləyim. Evinizə hücum çəkən caniyə qarşı heç bir reaksiya vermədən, təslim olacaqsız? Təbii olaraq, özünüzü, ailənizi müdafiə eləmək üçün onunla mübarizə aparacaqsız.

# 4609 dəfə oxunub

Müəllifin son yazıları

# # #