Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Gülər Əliyevanın “Xoşbəxtlik axtarışı” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Bu gün Lina ilə Jane üçün çox həyəcanlı gün idi. Axı onlar neçə vaxtdır, arzuladıqları yerə - Tibətə çatdılar? Burada həm ilin yorğunluğunu çıxaracaq, həm də gözəl yerləri gəzəcəklər. Fərqli dünyalarının olmasına baxmayaraq bacılar bir-birlərini çox sevirdi. Lina Janedən fərqli olaraq şan-şöhrətli olmağa can atan, bunun üçün çırpınan qız idi. Çəkdiyi gözəl əsərlərinin bir gün tanınacağını ümid edirdi. Hər zaman rəsm sərgilərinə qatılır, bəzən ümidi azalsa da, yenidən özünə təskinlik verirdi: “Bu yoldan dönmək yoxdur. Məni yaşadan bu xəyaldır axı? Bu xəyallar da gerçəkləşməsə, yaşamağın nə anlamı var? Hər birimizin yaşam səbəbi olmalıdır. Mən də bu əsərlərim sayəsində tanınmış və şöhrətli bir insan olacam. Uğura can atmayan insanları anlamıram, sanki həyatlarını boşuna keçirirlər. Eynən bacım Jane kimi. Ona deməkdən bezdim, hər birimizin bu həyatda dəlilər kimi sevdiyimiz bir məşğuliyyəti olmalıdır. Yoxsa bu həyat necə keçər? Ona izah etməkdən yoruldum.”
Elə bu vaxt Jane qapıdan içəri girdi. Hər zamankı kimi pişikləri də qucağında. Jane gülərüz və pozitiv biri idi. Linadan fərqli olaraq onun şöhrətli insan olmaq kimi xəyalları yox idi. O, sadəcə, həyatın özü ilə çox gözəl uyum içində idi. Onun üçün xöşbəxtlik hansısa uğura nail olmaqdan, zəngin, şöhrətli insan olmaqdan ibarət deyildi. O, sadəcə, bu həyatda yaşayaraq özünü xoşbəxt hiss edirdi. Pişiklərinə yemək vermək, itini gəzintiyə çıxarmaq, dostlarıyla vaxt keçirmək, yağışda islanmaq belə onu xoşbəxt edirdi.
Jane: Hey, Lina, bayaq burada müdrik bir filosofla qarşılaşdım. Ətrafına insanları yığıb söhbət edirdi
Lina: Kim? Mən niyə görmədim?
Jane: Yaşlı, saçları ağarmış və qəribə geyimli bir qoca idi. Çox maraqlı danı.....
Lina: Ehh, nə isə boş ver bunları. Jane heç düşünürsənmi, mənim əsərlərim tanınsa, necə gözəl olar? Yoxsa hər gün istəmədiyim yerdə olmağın acısını çəkmərəm.
Jane: Əziz Lina, səni çox yaxşı anlayıram. Hər birimizin xöşbəxtliyə baxış tərzimiz fərqlidir. Gələcəyin şöhrətli insanı olmaq hissi səni xöşbəxt edir.
Lina: Əlbəttə! Hətta mənim yaşam səbəbimdir.
Janenin fikrə getməsi Linaya maraqlı gəldi.
Lina: Nə oldu, Jane? Yoxsa dediklərim sənə mənasız gəlir? Düzdür, axı bu fikirlər sənə yaddır?! Tanınmaq, şöhrətli bir insan olmaq hissi sənə anlamsız gəlir.
Jane: Yox mən sadəcə.....
Lina: Jane, bunları səninlə bölüşmək mənasızdır, axı sənin yaşamaq məqsədin yoxdur?!
Lina bu sözləri deyərək getdi. O qədər əsəbi idi ki, Janenin qəlbini qırdığını, kədərləndirdiyini heç hiss etmədi. Lina yol boyu heç kimin onu anlamadığını düşünərək kədərlənmişdi. Otluqlara oturdu. Xəyal etdiyi həyat bu deyildi. Arzularına tezliklə çatmaq istəyirdi. “Niyə məni heç kim başa düşmür?”,-deyə qışqırdı.
Kənardan bir səs dedi: Kim səni başa düşmür?
Lina cəld arxaya baxdı. Hmm, bu adam deyəsən, bu gün Janenin bəhs etdiyi filosofdur. Qəribə geyimi ilə digər insanlardan fərqlənirdi.
Lina: Deməli, müdrik filosof sizsiniz?
Filosof: Müdrik? Haha, gülməlidir. Mən sadəcə yaşlı adamam.
Lina: Həm də təvazökarsınız. Ehh, amma həmişə belə bir insanla söhbət etmək istəmişəm.
Filosof: Maraqlıdır. Nə haqqda?
Lina: Həyatdan, insanlardan, yaşam məqsədimizdən.
Filosof təəccüblənərək: Yaşam məqsədi?
Filosof: Aha, yaxşı. Nə ifadə edir, sənin üçün bu yaşam məqsədi?
Lina: Əlbəttə ki, şöhrətli, öz sözünü demiş bir insan olmaq. Həmişə dünyaca tanınmış, zəngin, uğurlu rəssam olmağın xəyalını qurdum. Bu xöşbəxtliyə çatmağa kömək edəcək bir məsləhət verə bilərsiniz?
Filosof: Xeyr, əziz dost, heç bir şəkildə sənə kömək edə bilmərəm. Sənin arzun qəlbdən deyil, nəfsdəndir. Daha yaxşı rəssam olmaq istəyirsənsə, sənə kömək edə bilərəm. Ama bunu Nobel mükafatı ilə əlaqəli düşünmə. Mən yaradıcılığa kömək edərəm. Ancaq yaradıcılığın şan-şöhrət, pul ilə əlaqəsi yoxdur. Əgər bunlar gerçəkləşərsə, bunları rədd etmək məcburiyyətində olduğunu söyləmirəm. Əgər gerçəkləşərsə, nə gözəl! Sevincini doya-doya yaşa. Sadəcə, bu hislərin səni ələ keçirməsinə icazə vermə.
Lina: Mənim fikrimcə, hər birimizdə bu istək olmalıdır. Bütün uğura nail olmuş insanların bir şeyi gerçəkləşdirmək xəyalı olub. Kimisi musiqisi, kimisi ixtiraları, kimisi şeirləri ilə.
Filosof: Əslində hər birimizin istəkləri, ehtiyacları özünə məxsusdur və biz bir-birimizin seçdiyi yola hörmət etməliyik. Çünki bu yolun bizi dönüşdürəcəyi, dəyişdirəcəyi məqamları var. Mən də həmçinin sənə bu istəklərdən əl çək, belə düşünmə deyə bilmərəm. Onsuz da həyat bizə lazımlı vaxtda həqiqətləri göstərir. Sən dediyin uğura nail olmuş insanlara qaldıqda isə həmin insanlar bu xəyalı sevdikləri üçün özlərini bu işə həsr ediblər. Onlar sadəcə xəyallarını sevib və ona can atıblar. Tanınmış, şöhrətli bir insan olmaq onların marağında olmayıb. Onsuz tanınmış, şöhrətli biri olmaq üçün bu işləri qovalasaydılar, məncə, həmin o insan olmazdılar.
Bu sözlər Linanı düşündürdü.
Filosof: Əsas məsələ budur ki, təbiət şöhrət nədir anlamaz, əks halda pullar ağacda yetişərdi. Pul insan icadıdır. Faydalıdır, ancaq xöşbəxtliyi yalnız pulda görsən, bu zaman təhlükəlidir. Pul sənin ehtiyaclarını qarşılayır və əlbəttə, çox zaman səni məmnun edir, həmçinin real həyatımızda önəmli məsələlərdən biridir. Əsas məsələ onu lazımlı şəkildə istifadə edərək, israfçılığa yol verməyərək dünyaya yarar qatmaqdır. Sadəcə, öz ehtiyaclarımızı deyil, köməyə ehtiyacı olan insanları, heyvanları, dünyamızı da düşünməliyik.
Lina: Yəni şöhrətli olmaq mənasızdır? Niyə buna qarşısınız?
Filosof: Dinlə, Lina, mən şan-şöhrətə qarşı deyiləm. Sənə xöşbəxtliyin şöhrətlə ölçülmədiyini izah edirəm. Biz insanlar yaşamaq üçün pula ehtiyac duyuruq. Ancaq, təəssüf ki, bəzi insanlar pul üçün yaşayırlar. Bu kədərlidir. Məsələnin şan-şöhrət olmadığını zamanı gələndə anlayacaqsan. Həyatının mənasını ancaq şöhrətdə görərsənsə, o zaman həyatın dadını qaçıracaqsan. Yaşayacaqsan, amma necə yaşadığının fərqində olmayacaqsan. Ancaq pulu, şöhrəti qovalayacaqsan və bir şeyi unudacaqsan. Özünü. Çünki şöhrət səni çoxdan ələ keçirmiş olacaq....
Artıq axşam idi. Uzun müddətli söhbət filosofa da, Linaya da yaxşı təsir etdi. Filosofun dediyi sözlərdən Lina önəmli nəticə çıxartdı. Lina fərqində oldu ki, bu vaxta qədər həyatındakı gözəl məqamları görməzdən gəlib. Hər zaman xöşbəxtlik arayışında olan Lina xöşbəxtliyin axtarılacaq bir şey olmadığını, bacısını qınamaqla səhv etdiyini anladı.
Lina Janeyə yaxınlaşaraq: Jane, mən artıq anladım ki, xöşbəxtlik şan-şöhrətlə ölçülmür. Bu günə qədər həyatımızda çox gözəl məqamlar olub. Mən o anları görməzdən gəlmişəm. Ancaq şöhrətli bir insan olmaq üçün çırpınmışam. Yaşamağımızın, gözəl bir ailəmizin, dostlarımızın, ətrafımızda səmimi insanların olmağı, bir heyvana sevgi verməyin, şükür etməyin özü belə xöşbəxtlikdir. Mən anladım ki, Jane, insanları boş yerə qınamağın mənası yoxdur. Necə ki, mən səni bu vaxta qədər qınayırdım. Axı hər birimizin bu həyatda gedəcəyi yol və o yolda öyrənəcəyi dərslər var?
Jane: Haqlısan, Lina, hər birimizin öz yolu var. Bu həyata gəlməyimiz təsadüf deyil. Əsas məsələ həyatımızla uyum içərisində olmaqdır. Yaşamaqdan zövq almaqdır. Hər birimizi kiçik də olsa, xoşbəxt edən məqamlar vardır. Önəmli olan o məqamların fərqində olmaq və minnətdar olmaqdır. Xəyallarının olmağı, onları gerçəkləşdirmək arzusu çox gözəldir. Ancaq sırf bunu şöhrətli bir insan olmaq, hər şeyə sahib olmaq məqsədi ilə düşünmək yanlışdır. Bəzən biz insanlar həyatımızda olan qiymətli, önəmli şeyləri unuduruq və yaşadığımız həyatdan narazı oluruq. Halbuki bu önəmli, qiymətli məqamların fərqində olsaq, necə də xoşbəxt olduğumuzu anlayarıq. Xoşbəxtlik axtarışının mənası yoxdur. Xoşbəxtliyə gedən yol bizim özümüzdən keçir.