"İlk dəfə öpüşəndə səbəb-nəticə qanunu haqqında düşünmürsünüz..." - "Sofinin dünyası"ndan sitatlar

"İlk dəfə öpüşəndə səbəb-nəticə qanunu haqqında düşünmürsünüz..."  - "Sofinin dünyası"ndan sitatlar
8 avqust 2026
# 14:00

Bu gün fəlsəfi romanlar ustası, Norveç yazıçısı Yusteyn Qorderin doğum günüdür.

Kulis.az onun məşhur "Sofinin dünyası" əsərindən sitatları təqdim edir.

Nəyi isə bilmədiyini dərk edən qadın müdriklərin müdrikidir.

***

Əgər cavabını bilmirsənsə, deməli, o, səfeh sual deyil.

***

​​​​​​​Həyat həm kədərli, həm də təntənəlidir. Biz bu möhtəşəm dünyaya gətirirlər, burada bir-birimizlə qarşılaşır, salamlaşır və qısa bir anlıq birlikdə addımlayırıq. Sonra isə gəldiyimiz kimi qəfil və mənası görünməyən şəkildə bir-birimizi itirib yox oluruq.

***

​​​​​​​Qadınlara təhsil və tərbiyə verməyən dövlət yalnız sağ qolunu məşq etdirən adama bənzəyir.

***

Kiməsə haqsızlıq etdikdə onun sizi bağışlayıb-bağışlamadığını heç vaxt dəqiq bilə bilməzsiniz. Məhz buna görə də bu, sizin üçün ekzistensial baxımdan həyati əhəmiyyət kəsb edir və sizi dərindən düşündürür. Eynilə, kiminsə sizi sevib-sevmədiyini də dəqiq bilə bilməzsiniz; buna sadəcə inanmalı və ya ümid etməlisiniz. Lakin bu məsələlər sizin üçün üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcə olması faktından daha vacibdir. İlk dəfə öpüşəndə səbəb-nəticə qanunu, ya da qavrayış formaları haqqında düşünmürsünüz...

***

«Xurafat». Nə qəribə sözdür. Xristianlığa və ya İslama inandıqda buna «iman» deyirdilər. Amma astrologiyaya və ya ayın 13-ü cümə gününə inandıqda bu, xurafat sayılırdı! Başqalarının inancını xurafat adlandırmağa kimin haqqı var ki?

***

​​​​​​​Bəli, biz də ulduz tozuyuq.

***

​​​​​​​Ən təhlükəli insanlar sual verənlərdir.

***

​​​​​​​İndi seçməlisən... Hələ dünyadan bezməmiş bir uşaqsan, yoxsa heç vaxt dünyadan bezməyəcəyinə söz verən bir filosof? Uşaqlar üçün dünya və ondakı hər şey yenidir, təəccüb doğurur. Böyüklərdə isə belə deyil. Çünki böyüklərin əksəriyyəti dünyanı adi bir hal kimi qəbul edir. Məhz bu məqamda filosoflar istisnadır. Filosof heç vaxt dünyaya tam öyrəşmir. Onun üçün dünya hələ də bir qədər məntiqsiz, qarışıq və hətta sirli görünür. Beləliklə, filosoflarla uşaqların mühüm bir xüsusiyyəti ortaqdır. Yaxşı filosof olmaq üçün ehtiyacımız olan yeganə şey — təəccüblənmək bacarığıdır…

***

​​​​​​​Filosof əslində çox az şey bildiyini anlayır. Məhz buna görə də o, daima həqiqi idraka çatmağa çalışır. Sokrat bu cür nadir insanlardan biri idi. O, həyat və dünya haqqında heç nə bilmədiyini dərk edirdi. İndi isə ən vacib məqam gəlir: bu qədər az şey bilməsi onu narahat edirdi.

***

​​​​​​​İndi bu dünyada olmaq, bu möhtəşəm macəranın içində gəzişmək fövqəladə bir şey deyildimi?

***

​​​​​​​İnanıram ki, mövcud olan hər bir şeydə ilahi sirdən bir zərrə var. Biz bunu bir günəbaxanda və ya lalədə parıldayan görə bilərik. Budaqdan budağa qonan kəpənəkdə və ya akvariumda üzən qızıl balıqda bu dərkedilməz sirri daha dərindən hiss edirik. Lakin biz Tanrıya ən çox öz ruhumuzda yaxınıq. Yalnız orada həyatın ən böyük sirri ilə bir ola bilərik. Doğrusu, çox nadir anlarda özümüzün də həmin ilahi sirr olduğumuzu hiss edə bilərik.​​​​​​​

***

Bir şeyin doğru və ya yanlış, yaxşı və ya pis olması sualı həmişə insanın ehtiyacları ilə əlaqəli şəkildə nəzərdən keçirilməlidir.

***

​​​​​​​...Yaxşı filosof olmaq üçün ehtiyacımız olan yeganə şey — təəccüblənmək bacarığıdır…

***

​​​​​​​Heyvanlar heyvan kimi doğulurlar... İnsan isə insan kimi doğulmur, o, tərbiyə olunaraq insana çevrilir.

***

​​​​​​​Həm ağlın, həm də təcrübənin aciz qaldığı yerdə yalnız imanla doldurula bilən bir boşluq yaranır.

***

​​​​​​​Məsuliyyətlə davranmaq ağlımızı gücləndirməkdən deyil, başqalarının rifahı üçün hisslərimizi dərinləşdirməkdən ibarətdir.

***

Bir dəfə rus kosmonavtı ilə rus beyin cərrahı dini müzakirə edirdilər. Cərrah xristian idi, kosmonavt isə yox. Kosmonavt dedi: «Mən dəfələrlə kosmosda olmuşam, amma nə Tanrını görmüşəm, nə də mələkləri». Beyin cərrahı isə cavab verdi: «Mən də çoxlu ağıllı beyinlər üzərində əməliyyat etmişəm, amma hələ tək bir düşüncə belə görməmişəm».

# 124 dəfə oxunub

Oxşar xəbərlər

​​​​​​​"Dünyanın bütün uşaqları eyni dildə ağlayır..." - Leonid Leonov

​​​​​​​"Dünyanın bütün uşaqları eyni dildə ağlayır..." - Leonid Leonov

11:30 8 avqust 2026
"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər

"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər

10:00 7 avqust 2026
"Ölənlərin üzündəki o dinc ifadə..."  -  "Buddist tabutçunun gündəliyi"ndən bir hissə

"Ölənlərin üzündəki o dinc ifadə..." - "Buddist tabutçunun gündəliyi"ndən bir hissə

17:00 6 avqust 2026
"Xarici dilləri ən yaxşı öyrənmə yeri çarpayıdır — dodaqdan dodağa..." - Jorje Amadudan sitatlar

"Xarici dilləri ən yaxşı öyrənmə yeri çarpayıdır — dodaqdan dodağa..." - Jorje Amadudan sitatlar

12:00 6 avqust 2026
Mağara - Kamal Abdullanın hekayəsi

Mağara - Kamal Abdullanın hekayəsi

10:00 6 avqust 2026
Kor – Gi de Mopassanın hekayəsi

Kor – Gi de Mopassanın hekayəsi

11:50 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər