Vaxt da elə gödəlib, durub darıxmaq olmur...

Vaxt da elə gödəlib, durub darıxmaq olmur...
3 noyabr 2016
# 11:48

Kulis.az Mətləb Ağanın “...dəyişən heç nə yoxdu” adlı şeirini təqdim edir.

***

...dəyişən heç nə yoxdu,

döngədə on qarış yer;

qaraqabaq fotoqraf,

köhnə foto atelye...

...mənəmmi o fotoda;

hərdən məəttəl qalıram...

...adı nədi bu ömrün,

komediya, ya dram?..

...indi o şəkillərin

üzünə baxmaq olmur...

...vaxt da elə gödəlib,

durub darıxmaq olmur...

”... nədi orda qaralan ,

bayaqdan təkdi orda...

yol üstündə qalmasın;

götür o şəkli ordan...”

# 1564 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #