Kulis.Az Mətləb Ağanın yeni şeirini təqdim edir.
...İslandı bütün şəhər,
böyükdən kiçiyəcən...
...bir ağacın dibində
büzüşmüş küçüyəcən...
...köhnə tramvayların
susduğu parka kimi...
...ağ kağız qayıqların
üzdüyü arxa kimi...
...ən hündür binayacan,
lap uzaq küçəyəcən...
...deyindi qonşu qarı
sabahdan gecəyəcən...
...sonra qəfil də kəsdi,
kiridi qonşu qarı...
...bir uşaq hönkür-hönkür
ağladı qayıqları...