"Yazıları möhtəşəm bir eqoizm abidəsidir..." - Kantı rədd edən, Homeri oxuya bilməyən filosof kim idi?

"Yazıları möhtəşəm bir eqoizm abidəsidir..." - Kantı rədd edən, Homeri oxuya bilməyən filosof kim idi?
8 dekabr 2025
# 17:00

8 dekabr məşhur ingilis filosof və sosioloq Herbert Spenserin anım günüdür.

Kulis.az bu münasibətlə professor Sefa Sayğılının "Boş yerə yaşadığını düşünən filosof" yazısını təqdim edir.

Dinsiz bir atanın oğlu olan Herbert Spenser təkamül nəzəriyyəsinin "fikir babası" hesab olunur. O, Darvinə təsir etmiş və daha sonra zülmün, diktatorluğun və insanların əzilməsinin əsasını təşkil edəcək nəzəriyyəsini irəli sürmüşdür.

İngilis filosofuunu atası iman­sız və dinsiz deyiləcək qədər yalnız gördüyünə inanan bir insan idi. Oğluna da dinsizliyi aşılamağa çalışdı. Spenser yeddi qardaşın ən böyüyü idi. Digər qardaşları ölmüşdü.

Spenserdə intizam sevgisi bir ehtirasa çevrilmişdi və onda hədsiz ümumiləşdirmə meyli vardı. Mühəndislik dövründə uğurla tamamlamadığı bir sıra ixtiraların xəyalı və təcrübələri ilə məşğul oldu. Bəzən yalnız tərəvəz yeyər; gücdən düşəndə yenidən ət yeməyə başlayardı. Spenser otuz yaşına qədər fəlsəfə ilə məşğul olmamışdı. Bu illərdə Kantı oxumağa çalışdı. Lakin bu filosofun “məkan və zaman içində obyektiv reallıqları deyil, duyulan idrak formalarından başqa bir şey görmədiyini” anlayınca, öz ifadəsinə görə onun “bir eşşək olduğunu” düşündü və əsərini “gəzintiyə göndərdi”.

Spenserin bir neçə dostu vardı, onlar haqqında da bir riyaziyyatçı kimi danışardı. Bir müddət Yeni Zelandiyaya köçmək istədi; bu layihənin lehinə və əleyhinə olan səbəblərin bir siyahısını tərtib etdi və özünə görə bal verdi. 301 balla köçməyin lehinə çıxmasına baxmayaraq getməkdən imtina etdi.

Spenser bilyard oynayardı. Subay, tənha, təkəbbürlü, yaltaqlardan iyrənən, özünü böyük və dəyərli hesab edən bir insan idi.

Yazıları möhtəşəm bir eqoizm abidəsidir. Öz fikri olmayan bir şeyə ağlı asanlıqla yatmazdı. Filosof kimi Platonu təqdir etməyən yeganə şəxs idi. Vaxtaşırı onun "Dialoqlar"ını oxumağa cəhd etdi. Hər dəfə də qəzəblə yarımçıq qoydu.

“Bizim üçüncü sinif romançılarımızda daha çox dramatik şey vardı,” – dedi. Gözəl sənətləri sevməzdi. Bu hissini təhlilçi xarakterinə bağlayırdı. Bu xarakteri onu daim qüsurları görməyə yönəltmiş, gözəllikləri təqdir etmə xüsusiyyətini yox etmişdi. Bu səbəbdən şeirə və ədəbiyyata qarşı bir marağı yox idi.

Heç bir kitabı başdan sona qədər oxuya bilməyən Spenser, 40 yaşında Homerin “İliada”sını oxumağa girişdi, lakin bitirə bilmədi və “daha irəli getmək üçün çox çalışqan olmaq” lazım olduğunu düşündü.

1858-ci ildə o, təkamül nəzəriyyəsinin bütün elmlərə və hətta biologiyaya tətbiq edilə biləcəyini, yalnız cins və növə deyil, planetlərə, yer təbəqələrinə, sosial və siyasi tarixə, əxlaq və estetik təsəvvürlərə qədər tətbiq olunacağını irəli sürdü.

Spenser arıq bədənli, zəif bir adam idi. Üstəlik, zehni yorğunluq və xroniki yuxusuzluğa tutulmuşdu. Otuz beş yaşında çox işləməkdən xəstələndi, sinirlərini sakitləşdirmək üçün qulaqlarına tıxac qoyur, gecələri yatmaq üçün tiryək qəbul edirdi. Filosof yazırdı: “Əbədi şöhrətə çatmaq üçün şöhrətin dalınca qaçdım. Lakin bunlara dəyməzmiş”.

Darvin Spenserə çox qiymət verər və onu “İngiltərənin ən yüksək filosofu” adlandırardı.

Spenser Darvinçiliyin təsirində qalmışdı, o, sosial darvinizmə keçidi təmsil edir. O, cəmiyyətlərin süni surətdə qurulmuş birliklər olmayıb, özbaşına meydana gəldiklərini müdafiə edirdi.

Spenserin fəlsəfə tarixində təkamülçülük adını alan bütün bu görüşləri son dövrdə bir çox hücuma məruz qalmış və çoxlu mübahisələrə yol açmışdır.

Əsərləri Avropa dillərinin demək olar ki, hamısına tərcümə edilmiş və bir neçə dəfə çap olunmuş Spenser qocalıq illərində şöhrət dalınca qaçmaq yerinə həyatın asan əldə edilə bilən nemətlərindən faydalanmadığına görə kədərlənmiş və zəhmətlərinin boşa getdiyini düşünmüşdü.

Spenser dini inancların yaranmasını yuxu, bayılma, ölüm kimi faktorlara bağlayırdı.

Spenser də digər filosoflar kimi təhrif edilmiş xristianlıq qarşısında din əleyhdarlığına yuvarlanmışdır. Filosof, dindən olduqca uzaq bir mühitdə böyümüş, daha sonra dinlə bağlı eşitdiyi vaizlərin sözlərini bir cür ağlabatan hesab etməmişdi. Məsələn, o, “Adəmin günahı” deyilən və “qadağan olunmuş meyvədən dadma günahı” səbəbilə bütün insanlığın hüsran və lənətə məhkum edilməsini haqlı olaraq bir cür anlaya bilmirdi.

Spenser fəlsəfə araşdırmalarından başqa, mühəndislik dövründə iki gündən bir ixtiralar edər, lakin onların heç bir işə yaramadığını gördükcə çox kədərlənərdi.

Spenser ətrafında sevilmirdi. O, anlaşıla bilmədiyini düşünmüş və 1903-cü ildə ölərkən bütün əsərlərinin "boş yerə çəkilmiş əziyyət" olduğuna inanacaq qədər bədbinliyə qapılmışdır.

Herbert Spenser yaşadığı dövrdə çoxlu sayda izləyiciyə sahib olmuş, populyarlaşmış, kitabları yüz minlərlə satılmış bir sosioloq kimi qeyd olunmağa dəyər.

Lakin günümüzdə isə o, “köhnəlmiş” və “səthi”, dəbdən düşmüş bir obraz kimi görülməkdədir.

# 141 dəfə oxunub

Oxşar xəbərlər

Meksika mədəniyyətinin siması - Rokfeller binasında onun freskalarını niyə dağıtmışdılar?

Meksika mədəniyyətinin siması - Rokfeller binasında onun freskalarını niyə dağıtmışdılar?

17:53 8 dekabr 2025
Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib

Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib

16:39 8 dekabr 2025
“Arşın mal alan”  Türkmənistan mətbuatında

“Arşın mal alan” Türkmənistan mətbuatında

16:24 8 dekabr 2025
"Bu qədər tək qalmaq üçün nə etmişəm?" - Sevgilisinin dəlixanaya saldırdığı heykəltəraş

"Bu qədər tək qalmaq üçün nə etmişəm?" - Sevgilisinin dəlixanaya saldırdığı heykəltəraş

15:59 8 dekabr 2025
"Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var

"Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var

15:05 8 dekabr 2025
Qazax şairin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı”  seçilib

Qazax şairin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı” seçilib

14:24 8 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər