Qədim Şəki və Xan Sarayı Dünya İrs Siyahısına salınıb

Qədim Şəki və Xan Sarayı Dünya İrs Siyahısına salınıb
8 iyul 2019
# 09:50

Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına salınıb.

APA-nın məlumatına görə, bu barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib.

Müzakirələrdən sonra Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, Şəki şəhəri və Xan Sarayı Dünya İrs Siyahısına salınması ilə bağlı müzakirələr gərgin keçib. Abidələrin və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) adından bildirilib ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun 2012-ci ildə keçirilən sessiyasında müzakirəyə çıxarılsa da, İCOMOS nominasiyanı Dünya İrs Siyahısına daxil etməyib: "2017-ci ildə keçirilən sessiyada İCOMOS təklif edib ki, ərazidə əlavə konservasiya işləri aparılsın. Lakin üzv dövlət konservasiyanın nəticələri ilə bağlı bizim tərəfimizdən istənilən sənədləri təqdim etməyib. Biz düşünürük ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilməsin".

Küveyt nümayəndə heyəti adından bildirilib ki, üzv dövlət lazımı öhdəliyi yerinə yetirib və buna görə də Azərbaycan tərəfinin irəli sürdüyü nominasiya qəbul edilməlidir. Anqola tərəfi də qeyd edib ki, emosiyalara nəzarət edilməli və elmi-nəzəri nöqteyi-nəzərdən qiymətləndirmək lazımdır. Çinin nümayəndə heyəti isə Azərbaycanın son iki il ərzində böyük səylər göstərdiyini diqqətə çatdırıb: "Azərbaycanda bu nominasiya ilə bağlı iki dəfə Prezident sərəncamı imzalanıb. Biz Küveytin mövqeyini dəstəkləyirik".

İndoneziya nümayəndə heyəti Azərbaycan tərəfinin təqdim etdiyi nominasiyasının qəbul edilməməsini düzgün hesab etməyib.

Tanzaniya nümayəndə heyəti isə diqqətə çatdırıb ki, üzv dövlətin 42-ci sessiyada üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyib.

Tunis nümayəndə heyəti isə iki ildən çoxdur qərarın təxirə salınmasını yanlış sayıb, Ümumdünya İrs Komitəsini hüquqi çərçivədən çıxmamağa çağırıb. Tunis nümayəndə heyəti əks halda qərarın qəbulunda iştirak etməyəcəyini bəyan edib.

Qırğız nümayəndə heyəti də Küveytin əlavəsinə dəstəklədiyini bildirib. Nümayəndə heyəti adından bildirilib ki, Ümumdünya İrs Komitəsi ardıcıllığı qorumalıdır: "Əgər bu nominasiya bir dəfə təxirə salınıb, biz artıq növbəti addımı atmalıyıq. Şəki, Tbilisi, Gəncə, Dərbəndlə yanaşı İpək yolu marşrutunda yerləşir, ona görə də qədim İpək yolunun bir hissəsidir".

Avstraliya nümayəndə heyəti isə Azərbaycan üçün çox vacib məqamın müzakirə edildiyini vurğulayıb: "Dünya İrs Siyahısına daxil edilən sahələr hamı üçün aydın olmalıdır. Buna görə də, istərdik ki, üzv dövlətlə Komitə arasında dialoq davam etdirilsin".

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov nominasiyanın 6 il əvvəl yerli və beynəlxalq qurum tərəfindən tərtib edilərək İCOMOS-a təqdim edildiyini diqqətə çatdırıb: "Bundan sonra 42-ci sessiyada müzakirəyə çıxarılıb. Biz İCOMOS-un konservasiya ilə bağlı qərarı ilə qəti razılaşmırıq. Mən Azərbaycanın bu işə bağlılığını nəzərə çatdırmaq istəyirəm. Bu nominasiya ilə bağlı Azərbaycan tərəfindən ciddi addımlar atılıb. Bir çox həmkarlarımız hüquqi boşluqlara toxundular. Doğrudur, Azərbaycan belə bir tələyə düşdü. Lakin 42-ci sessiyada çıxarılan qərarla bağlı Azərbaycana məlumat verilməyib. Bundan başqa, son beş ay ərzində İCOMOS bizə əlavə informasiya haqqında müraciət etməyib. Buna görə də mənim ölkəm gələcəkdə də çalışacaq ki, digər dövlətlər belə çətinliklə qarşılaşmasınlar".

Məhz gərgin müzakirələrdən sonra Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.

# 1952 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
# # #