Professor Aida İmanquliyevanın xatirəsi yad edildi

Professor Aida İmanquliyevanın xatirəsi yad edildi
9 oktyabr 2026
# 18:00

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şərqşünaslıq tarixində xüsusi yeri olan görkəmli alim, filologiya elmləri doktoru, professor, elmə, təhsilə və mədəniyyətə həsr etdiyi ömür yolu ilə Azərbaycan qadınının intellektual potensialının və elmi fədakarlığının parlaq nümunəsi olan Aida İmanquliyevanın zəngin elmi və pedaqoji irsinə həsr olunmuş təqdimat hazırlanıb.

Kitabxanadan kulis.az-a bildirilib ki, süni intellekt vasitəsilə hazırlanan təqdimatın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlillidir.

Təqdimatda Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafındakı mühüm xidmətləri, ərəb filologiyası və ərəb-məhcər ədəbiyyatının tədqiqinə verdiyi töhfələr, eləcə də elm və təhsil sahəsindəki zəngin fəaliyyəti əhatəli şəkildə təqdim olunur.

Materialda Aida İmanquliyevanın AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olması, elmi yaradıcılığında xüsusi əhəmiyyət daşıyan Mixail Nüaymə və “Qələmlər birliyi”, Xəlil Cübran yaradıcılığı və yeni ərəb ədəbiyyatının nümayəndələrinin elmi araşdırmalarını özündə əks etdirən üç fundamental tədqiqat istiqaməti haqqında məlumat verilir.

Bu tədqiqatların müasir ərəb ədəbiyyatının beynəlxalq miqyasda öyrənilməsi baxımından əhəmiyyəti qeyd olunur.

# 76 dəfə oxunub

Oxşar xəbərlər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edildi

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edildi

18:30 9 oktyabr 2026
Qiyamət ideyasını qlobal problemlərlə göstərən sərgi açıldı

Qiyamət ideyasını qlobal problemlərlə göstərən sərgi açıldı

17:40 9 oktyabr 2026
Güllünün ölümünə görə qızına ömürlük həbs cəzası verildi

Güllünün ölümünə görə qızına ömürlük həbs cəzası verildi

17:20 9 oktyabr 2026
Ən ağır cinayətlərə qarşı mübarizə aparan qadın - Bu gün Nobel Sülh Mükafatını qazanan Navi Pillay kimdir?

Ən ağır cinayətlərə qarşı mübarizə aparan qadın - Bu gün Nobel Sülh Mükafatını qazanan Navi Pillay kimdir?

17:00 9 oktyabr 2026
Beynəlxalq səyyahlar Gəncəsər monastırında

Beynəlxalq səyyahlar Gəncəsər monastırında

16:37 9 oktyabr 2026
Ən qorxulu filmlər siyahısı hazırlandı - Tamaşaçıların nəbzinin ölçülməsi ilə

Ən qorxulu filmlər siyahısı hazırlandı - Tamaşaçıların nəbzinin ölçülməsi ilə

16:30 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər