Alma ağacı və oğlan

Alma ağacı və oğlan
26 avqust 2016
# 17:08


Keçmiş zamanlarda böyük bir alma ağacı var idi. Balaca bir oğlan hər gün gəlib onun ətrafında oynamağı xoşlayırdı. O, ağacın başına çıxırdı, almaları yeyirdi, kölgəsi altında yuxulayırdı. O, ağacı sevirdi, ağac da onunla oynamağı xoşlayırdı.

Zaman keçdi. Balaca oğlan böyüdü, daha ağacın ətrafında hər gün oynamadı. Bir gün oğlan ağacın yanına gəldi və ona kədərlə baxdı.

"Gəl mənimlə oyna", - ağac oğlana dedi.

"Mən artıq uşaq deyiləm, bundan sonra ağacların ətrafında oynamayacağam."- Oğlan cavab verdi, - "Mən oyuncaq istəyirəm, onları almaq üçün mənə pul lazımdı."

"Təəssüf, ancaq mənim pulum yoxdur. Amma sən mənim bütün almalarımı yığıb sata bilərsən. Beləliklə, sənin pulun olar."

Oğlan çox həyəcanlı idi. O, ağacın bütün almalarını dərib sevincək getdi. Oğlan almaları dərəndən sonra bir də heç vaxt ora gəlmədi. Ağac çox qəmgin idi.

Bir gün oğlan geri döndü, ağac çox həyəcanlı idi.

"Gəl mənimlə oynayaq"-ağac dedi.

"Mənim oynamağa vaxtım yoxdur. Mən ailəm üçün işləməliyəm. Bizim sığınmaq üçün evə ehtiyacımız var. Sən mənə kömək edə bilərsən?"

"Təəssüf, mənim heç bir evim yoxdur. Ancaq sən mənim budaqlarımı kəsib özünə ev tikə bilərsən."

Beləliklə oğlan ağacın bütün budaqlarını kəsdi və sevincək getdi. Ağac onu xoşbəxt görməyinə çox şad oldu, amma oğlan o vaxtdan bəri heç vaxt ora getmədi. Ağac yenə tənha və kədərli oldu.

Bir isti yay günündə oğlan geri döndü və ağac çox şad oldu.

"Gəl mənimlə oynayaq", - ağac dedi.

"Mən qocalmışam və kefsizəm. Dincəlmək üçün yelkənli qayığa ehtiyacım var. Sən mənə qayıq verə bilərsən?” - oğlan dedi.

"Qayığını tikmək üçün mənim gövdəmdən istifadə elə. Sən uzaqlara üzə bilər, xoşbəxt ola bilərsən."

Beləliklə oğlan qayıq düzəltmək üçün ağacın gövdəsini kəsdi və uzun müddət heç görsənmədi.

Nəhayət illər sonra oğlan geri döndü.

"Təəssüf oğlum, amma mənim sənə verməyə heç bir şeyim yoxdur. Artıq sənin üçün bircə dənə almam da yoxdur " - ağac dedi

"Onları dişləməyə mənim dişim yoxdu"-oğlan cavab verdi.

"Dırmaşmağın üçün artıq gövdəm, budaqlarım yoxdur"

"Mən indi çox qocayam"-oğlan dedi.

"Mən həqiqətən sənə nəsə verə bilmərəm. Qalan tək bir şeyim mənim ölü köklərimdir." - Ağac göz yaşları içərisində cavab verdi

"Mənə indi çox şey lazım deyil, sadəcə dincəlmək üçün bir yer. Mən bu illərdən sonra çox yorulmuşam." - Oğlan cavab verdi.

"Yaxşı. Yaşlı ağacın kökləri söykənməyə və dincəlməyə ən yaxşı yerdi. Gəl, gəl otur mənim üstümdə dincəl."

Oğlan oturdu və göz yaşlarına qərq olan ağac sevincindən gülümsədi.

Bu hekayə hamı üçündür. Ağac bizim valideynmizdir. Biz uşaq olanda atamızla, anamızla oynamağı xoşlayırıq. Böyüyəndə isə onları tərk edirik, yalnız nəyəsə ehtiyacımız olanda, yaxud əziyyət çəkəndə onların yanına gəlirik. Nə olursa-olsun valideynlər həmişə orada olurlar və səni xoşbəxt etmək üçün əllərindən gələn hər şeyi edirlər. Siz düşünə bilərsiz ki, oğlan ağaca qarşı soyuqqanlıdır, amma bu bizim valideynlərimizə qarşı olan münasibətimizdir. Ona görə də valideynlərinizə hörmət edin və onların sizə həqiqətən ehtiyacı olanda kömək edin!

Onları sevin, qayğısına qalın, necə ki, onlar sizin uşaq vaxtı qayğınıza qalırdı!

Tərcümə etdi: Aysel Zaurqızı

# 3400 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #