O yay yadındamı, mənim mələyim? - Bodler

O yay yadındamı, mənim mələyim? - Bodler
27 aprel 2026
# 10:20

Kulis.az Şarl Bodlerin “Leş” şeirini təqdim edir.

O yay yadındamı, mənim mələyim,
O at yadındamı, mənim balacam?
Gördük ki, ölüsü uzanıb qalıb
Saralmış otların arasındaca.

Elə çürüyürdü yol qırağında,
İyi götürmüşdü uzaqları da.
Qaranlıq küçənin fahişəsitək
Aralı qalmışdı ayaqları da.

Günəş od tökürdü leşin üstünə,
Ki, külə döndərib yanına çəksin.
Bütöv yaratdığı şeyi təbiət
İndi hissə-hissə canına çəksin.

Onun skeleti çiçəklər kimi
Elə ağardırdı dişini göyə...
Az qaldı özünü pis hiss edəsən
Sən dözə bilmədin bu murdar iyə.

Yadındamı necə sürünürdülər
O atın qarnının üstündə qurdlar?
Milçəklər də gəlib bu ziyafətə
Murdar sinə üstdə uçuşurdular.

Şişirdi, köpürdü onun cəsədi,
Sanki hələ də boy atmaqda idi.
Elə bil təzədən gəlmişdi cana,
Bədən böyüməkdə, artmaqda idi.

Dünyaya sehrli səs yayılırdı,
Sanki hər tərəfə əsirdi külək.
Əlinin havada yellənişiylə
Torpağa dən səpən taxılsəpəntək.

Bir qancıq qəzəblə baxırdı bizə
Kollar arasından elə həmin gün.
Fürsət gözləyirdi, biz uzaqlaşaq,
Bu leşdən ona da bir tikə düşsün.

İndi səninləyəm, gözüm işığı,
Sən də elə bilmə əbədi dağsan...
Şux durub baxdığın bu otun üstə
Bir gün meyit kimi uzanacaqsan.

Sən də, ey gözəlim, çürüyəcəksən,
Toza çevriləcək sümüklərin də.
O qara gününə həmrəng geyinən
Adamlar olacaq hüzür yerində.

O zaman o qara torpaqda səni
Öpə-öpə yeyən qurdlara de ki:
Gözəl cizgilərin, gözəl qamətin
Əbədi qalacaq mənnən, əbədi.

Tərcümə: Salam Sarvan

# 58 dəfə oxunub

Oxşar xəbərlər

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

13:22 27 aprel 2026
Bakıda doğulan məşhur aktyor vəfat etdi

Bakıda doğulan məşhur aktyor vəfat etdi

12:49 27 aprel 2026
Mir Cəlal Paşayev haqqında material istifadəçilərə təqdim edildi

Mir Cəlal Paşayev haqqında material istifadəçilərə təqdim edildi

12:41 27 aprel 2026
Bəxtiyar Vahabzadənin şeirləri Helsinkidə səsləndirildi

Bəxtiyar Vahabzadənin şeirləri Helsinkidə səsləndirildi

12:18 27 aprel 2026
Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

12:00 27 aprel 2026
Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən çıxdı

Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən çıxdı

11:48 27 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər