Tanınmış rejissorun yeni layihəsi açıqlandı

Tanınmış rejissorun yeni layihəsi açıqlandı
11 avqust 2026
# 11:50

"Apple TV" meksikalı tanınmış rejissor Alfonso Kuaronsun yeni qorxu serialı "Ascension" üçün rəsmi təsdiq verib.

Kulis.az xəbər verir ki, Adam Nevillin "Son günlər" romanı əsasında ərsəyə gələcək layihədə baş rolu Qaytrizona Balf canlandıracaq.

Serial öz həyatındakı problemləri həll etməkdə çətinlik çəkən, boşanmış sənədli film rejissoru Rouzun hekayəsindən bəhs edir.

O, gizli 20-ci əsr təriqəti haqqında layihə üzərində işləyərkən gözlənilmədən bu təriqətin qaranlıq və dəhşətli həqiqətləri ilə üz-üzə qalır.

Alfonso Kuaron serialın ssenarisini qardaşı Karlos Kuaron (Carlos Cuarón), "Relic" filminin rejissoru Natali Erika Ceyms (Natalie Erika James) və Kristian Uayt (Christian White) ilə birlikdə qələmə alıb.

Natali Erika Ceyms, həmçinin ekran işinin baş rejissoru və şouranneri kimi çıxış edəcək.

"Yoxluqdan gələnlər" və "Qravitasiya" kimi məşhur filmlərin rejissoru Alfonso Kuaronun bu layihə ilə televiziya dünyasında mövqeyini daha da möhkəmləndirəcəyi təxmin edilir.

Qeyd edək ki, serialın nümayiş tarixi haqqında hələlik dəqiq məlumat verilməyib.

# 702 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər