Son görünmə: 2 aprel, 16:55 - Cavid Zeynallı

Son görünmə: 2 aprel, 16:55 - Cavid Zeynallı
9 iyun 2025
# 11:05

Kulis.az Cavid Zeynallının mərhum yazıçı Günel Eminli haqqında yazısını təqdim edir.

Günel, indi aprel səhəridir. Ünvan: Rəşid Behbudov, 134. Saat 9:45. Pəncərəm açıq, həyətdən tələbə səsləri gəlir. Ağlımda sən, dilimdə sənə pıçıldamaq istədiyim sözlər. Hə, bir də yadıma sal: pəncərədəki çiçəyə su verməliyəm.

Səni xatırlayıram. Xatırlayıram ki, o dünya sahibi son mənzilinin qapısını ehmalca döyüb desin ki, səni günəşli sabahlarda, yağışlı gecələrdə xatırlayan dostların, qardaşların, bacıların nə çoxdur.

Xatırlamaq əzab deyil, xatırlamaq könül xoşluğu, qəlb rahatlığıdır. Ürəyin sıxılan, canın darıxan yerdən bir işıq közərər. O işıq sənin həmişə mehriban səsindən xəbər gətirər. Səs mehriban olarmı? Olar! Mən o mehribanlığı sənin səsində həmişə görmüşəm.

Bunu tez-tez xatırlayıram. Hansısa uzaq illərin aydın günlərindən birində metroda, o səs-küyün içində mənə dedin ki, uşaqlardan ən çox səni, bir də Ziyadı istəyirəm.

- Amma incimə, Ziyadı daha çox istəyirəm.

Dedin, baxdın üzümə.

- İncimədin?

- Yox. Ziyada paxıllığım tutdu.

İkimiz də güldük.

“Vatsap”a baxıram. Səninlə yazışmalara. 11 aprel, 2019: “Dissertant bəy, salam. 5-ci günü xatırlatmaq istəyirdim. “Sinif yoldaşları” üçün iki bilet. Mama və bibi üçün”.

27 aprel, 2019. “Salam, dramaturq bəy. Sabah eşitdim, toya gedəcəksən. Sənə zəhmət, mənə də toy fotosunu atarsan”.

22 avqust, 2022. “Salam, Cavid. Dedim, küsmüsən məndən. Day soruşmursan. 5-ci kimyanı almışam. Bitki həyat tərzi davam edir. Daha yaxşı olacam. Narahat olma”.

3 iyun, 2023: “Oy, elə də yaxşı deyiləm. Özümü pis hiss edirəm. Ağrılara görə yıpranmışam”.

- Günel, nə vaxt gəlirsən?

- Hələ bilmirəm.

Diksinirəm. Günel Eminli, son görünmə: 02.04.24. 16:55.

Gözəl bacım! Birdənə! Başqa heç nə yaza bilmərəm. Dedim axı, yadıma sal: pəncərədəki çiçəyə su verməliyəm. Hə, gözəllik! Bu bir fincan suyu sənin əllərinlə, sənin ürəyinin işığı ilə aprel səhərinə açılan çiçəyə verirəm. Sənin arzularını həmişə diri saxlamaq, sənin ümidlərini həmişə göyərtmək üçün.

# 2602 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər