“Park” nəşriyyatının təqdimatı olacaq

“Park” nəşriyyatının təqdimatı olacaq
8 aprel 2025
# 15:22

Aprelin 12-i saat 16:00-da Nizami Kino Mərkəzində “Park” Müasir Nəşriyyat Evinin təqdimatı olacaq.

Kulis.az xəbər verir ki, tədbirdə “Park”ın ilk nəşrləri – Salam Sarvanın “Fikir oyunları”, Seymur Baycanın “Həyata yekun vurarkən” adlı ikicildliyi, Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” və Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” kitabları oxuculara təqdim ediləcək.
Təqdimat mərasimində müəlliflər oxucular üçün kitab imzalayacaqlar.

Qeyd edək ki, Salam Sarvanın müəllifi olduğu kitab şairin ilk nəsr əsəridir. Seymur Baycanın ikicildliyində isə yazıçının öz seçdiyi publisistik yazıları cəmləşib. Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” kitabı müqəddəs ziyarətin yazıçı müşahidələri ilə bədii inikasıdır. Bu, Azərbaycanda bədii-publisistik baxımdan həcclə bağlı ilk əsərdir.
Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” isə iki fərqli yaş qrupuna aid olan yazıçının birgə yazdığı hekayələr toplusudur.
Xatırladaq ki, “Park” nəşriyyatının təsisçisi şair Şəhriyar Del Gerani, direktoru yazıçı Vüqar Van, baş redaktoru isə yazıçı Nadir Yalçındır.

# 2447 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər