Avstriyalı rejissor Piter Uirin 1989-cu ildə ərsəyə gətirdiyi "Ölü şairlər cəmiyyəti" filmi Portuqaliyanın paytaxtı Lissabondakı "Teatro da Trindade" teatrının səhnəsində nümayiş olunur.
Kulis.az xəbər verir ki, böyük maraqla qarşılanan və bütün biletləri satılan tamaşanın nümayiş müddəti iki dəfə uzadılıb.
Rabin Uilyamsın unudulmaz Con Kitinq obrazını Portuqaliyanın tanınmış aktyoru Dioqo İnfante canlandırır.
Filmin ssenaristi Tom Şulman tərəfindən teatra uyğunlaşdırılan bu quruluş dekabrın 20-dək Lissabonda nümayiş olunacaq.
Qeyd edək ki, tamaşa 2027-ci ilin yanvarından etibarən Portuqaliya üzrə ölkəmiqyaslı qastrol səfərinə çıxacaq.