Aqata Kristinin xatirəsinə sərgi açılacaq - Vəfatının 50 illiyi münasibətilə

Aqata Kristinin xatirəsinə sərgi açılacaq - Vəfatının 50 illiyi münasibətilə
29 oktyabr 2026
# 14:30

Dedektiv ədəbiyyatının "Cinayət kraliçası" sayılan Aqata Kristinin vəfatının 50 illiyi münasibətilə London Böyük Britaniya Kitabxanasında genişmiqyaslı sərgi təşkil olunacaq.

Kulis.az xəbər verir ki, "Aqata Kristi: Sirlər dünyası" adlı sərgi 30 oktyabr 2026-cı ildən 20 iyun 2027-ci ilə qədər ziyarətçilərə açıq olacaq.

İki milyarddan çox kitabı satılan əfsanəvi yazıçının həyat və yaradıcılığına işıq tutan bu layihə ziyarətçiləri cinayət ədəbiyyatın "Qızıl dövrü"nə aparır.

Sərgidə 100-ə yaxın nadir eksponat, o cümlədən müəllifin erkən dövr əlyazmaları, şəxsi qeydləri və məşhur əsərlərini qələmə aldığı yazı makinası yer alıb.

Onun Birinci Dünya müharibəsində könüllü əczaçı işlədiyi dövrdən ilhamlanan tamölçülü aptek interyeri və 1920-ci illərə aid Şərq ekspresi vaqonu reallığa uyğun şəkildə bərpa edilib.

1920-ci ildə Herkul Puaro obrazının ilk dəfə göründüyü "Styles"dakı sirli hadisə" və ona dünya şöhrəti qazandıran "Rocer Ekroyd cinayəti" romanlarının yaranma tarixçəsi də sərginin əsas xəttini təşkil edir.

Qeyd edək ki, sərgi sadəcə yazıçı kitablarını deyil, onun uşaqlıq illərini, səyahətlərini və obrazlarına ilham verən şəxsi həyat motivlərini də interaktiv şəkildə nümayiş etdirir.

# 109 dəfə oxunub

Oxşar xəbərlər

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
"Şeytan İncili"ni yazan okkultist yazıçı Anton Şandor LaVey kim idi?

"Şeytan İncili"ni yazan okkultist yazıçı Anton Şandor LaVey kim idi?

14:00 29 oktyabr 2026
Tanınmış müğənni Trampı məhkəməyə verdi - Səbəb

Tanınmış müğənni Trampı məhkəməyə verdi - Səbəb

13:30 29 oktyabr 2026
Məşhur film teatr səhnəsində nümayiş olundu

Məşhur film teatr səhnəsində nümayiş olundu

13:00 29 oktyabr 2026
“BAFTA”da pulsuz biletlər qalmaqalı –  Rəhbərlik qanunu pozub?

“BAFTA”da pulsuz biletlər qalmaqalı – Rəhbərlik qanunu pozub?

12:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər