Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi keçirilib

Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi  keçirilib
23 sentyabr 2025
# 18:48

3-cü Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı çərçivəsində “Zamansız və məkansız” adlı sərgi baş tutub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgi Bakıdakı Azərbaycan Milli Xalça Muzeyində keçirilib.

Ekspozisiyada Nəsimi poeziyası və onun dini-fəlsəfi ideyaları, həmçinin sufi ənənələri müxtəlif incəsənət növlərinin ahəngi vasitəsilə tərənnüm edilir. Bu məqsədlə nümayiş üçün Azərbaycan və Türkiyənin aparıcı muzeylərindən nadir sənət inciləri seçilib. Sərgi izləyicilərə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında və Azərbaycan Milli Xalça Muzeyinin fondlarında saxlanılan unikal incəsənət nümunələri ilə, eləcə də Ankaradakı Etnografiya Muzeyi, İstanbul Türbələr Muzeyindən, Konyadakı Mövlanə Muzeyindən gətirilən eksponatlarla tanışlıq imkanı yaradır.

Burada XVII-XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri, xalçalar, musiqi alətləri, əlyazma kitablar və digər qiymətli eksponatlar sərgilənir. Həmin sənət incilərinin hər biri sufi dünyagörüşünün izlərini özündə yaşadaraq sufiliyin və hürufiliyin əsasını təşkil edən sonsuz eşqi, insanın ibadətlə Allaha mənəvi yaxınlaşması və ruhi yüksəliş məqamlarını izah edir.

# 989 dəfə oxunub

Oxşar xəbərlər

“Rənglərlə danışan Abdurrahman”  adlı rəsm sərgisi keçirildi

“Rənglərlə danışan Abdurrahman” adlı rəsm sərgisi keçirildi

18:05 13 may 2026
“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi”  kitabının təqdimatı keçirildi

“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı keçirildi

17:33 13 may 2026
İlkin Dövlətovun konserti keçirildi

İlkin Dövlətovun konserti keçirildi

17:30 13 may 2026
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi

16:35 13 may 2026
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

16:32 13 may 2026
Elçin Əfəndiyevin məzarı ziyarət edildi

Elçin Əfəndiyevin məzarı ziyarət edildi

15:34 13 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər