İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı

İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı
20 avqust 2025
# 17:00

Tanınmış heykəltəraş Barbara Hepuorsun 1943-cü ildə ərsəyə gətirdiyi “Sculpture with Colour (Oval Form) Pale Blue and Red” adlı əsəri əldə olunub.

Kulis.az xəbər verir ki, heykəlin xaricə satılmasının qarşısını almaq üçün “The Hepworth Wakefield” muzeyi və “Art Fund” təşkilatı birlikdə 3,8 milyon funt sterlinq məbləğində vəsait toplayıblar.

Sözügedən sənət əsəri Birləşmiş Krallıqda qalaraq ictimaiyyət üçün açıq şəkildə nümayiş etdirilməyə davam edəcək.

Taxta və ipdən hazırlanmış bu heykəl artıq ölkənin milli kolleksiyasına daxil ediləcək və sənətçinin vətəni olan Vest-Yorkşirdəki Ueykfild şəhərində, Hepuorsun adına olan muzeydə daimi sərgilənəcək.

Qeyd edək ki, 3.5 milyon paunda satılan əsər əvvəllər şəxsi kolleksiyada saxlanılıb, satıldıqdan sonra hökümət əsərin ölkədən çıxmaması yerli mədəniyyət orqanlarına vaxt verib və yenidən geri satın alınıb.

# 1685 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər