İbrahim Tatlısəsin qardaşı həbs edildi

İbrahim Tatlısəsin qardaşı həbs edildi
15 aprel 2025
# 12:42

Türkiyəli müğənni İbrahim Tatlısəsin qardaşı Hüseyn Tatlı Antalyada konsert verdiyi məkandan qayıdarkən mindiyi taksinin sürücüsü ilə mübahisə etdikdən sonra həbs olunub.

Kulis.az xəbər verir ki, onun konsertdən sonra taksi ilə otelə gəldiyi və pulu ödəmədiyi iddia olunub. İkili arasında taksi pulu üstündə yaranan mübahisə davaya çevrilib. Zərbəni alan taksi sürücüsü yerə yıxılarkən, taksi sürücüsünün dostları Tatlı otelə doğru hərəkət edərkən ona təpik və yumruq zərbələri ilə hücum ediblər. 3 nəfərin hücumuna məruz qalan Hüseyn Tatlının ayağının və barmağının sındığı bildirilib.

Müalicəsi başa çatdıqdan sonra taksi sürücüsünün şikayəti əsasında Hüseyn Tatlı polis tərəfindən saxlanılıb. Taksi sürücüsü başından aldığı zərbədən sonra gecə boyu reanimasiyada müşahidə altında qalıb. Hüseyn Tatlı taksi sürücüsünün həyatının təhlükədə olduğu səbəbilə həbs edilib.

Hadisə ilə bağlı Tatlının həyat yoldaşı Aslıhan Tatlı açıqlama verib. O bildirib ki, həyat yoldaşına hücum olunub və bədənində qırıqlar var.

# 1963 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər