Beynəlxalq Xalça Festivalının açılışı oldu

Beynəlxalq Xalça Festivalının açılışı oldu
1 may 2026
# 11:45

Bakıda Beynəlxalq Xalça Festivalının açılışı olub.

Kulis.az xəbər verir ki, Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festivalda Azərbaycanla yanaşı, bir sıra ölkələrdən xalçaçılar, istehsalçılar, sənət adamları və mütəxəssislər iştirak edirlər.

Tədbir çərçivəsində “Xalça sənayesi: dəyər, dizayn və rəqabət qabiliyyəti” mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu işə başlayıb. Forum xalça sənayesinin aparıcı beynəlxalq ekspertlərini, dizaynerləri, istehsalçıları, tədqiqatçıları, ixracatçıları və yaradıcı sənaye nümayəndələrini bir araya gətirib. İkinci dəfə təşkil olunan forum əllə toxunan xalçaların ənənəvi irsdən qlobal rəqabətədavamlı məhsula çevrilməsi istiqamətində mühüm platforma hesab olunur.

Qeyd edək ki, mayın 3-dək davam edəcək festivalın proqramı zəngin və rəngarəngdir. Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər də təşkil olunacaq.

# 1199 dəfə oxunub

Oxşar xəbərlər

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər