Beren Saat ilk mahnısını təqdim etdi

Beren Saat ilk mahnısını təqdim etdi
13 fevral 2026
# 11:30

Türkiyəli aktrisa Beren Saat musiqi karyerasına başlayıb.

Kulis.az xəbər verir ki, 2014-cü ildən müğənni Kenan Doğulu ilə evli olan sənətçi ilk mahnısını təqdim edib.

Beren Saatin ingilis dilində oxuduğu “CapitaliZoo” adlı mahnının sözləri aktrisanın özünə məxsusdur. Mahnının prodüserliyi və aranjimanı isə Kenan Doğulu tərəfindən həyata keçirilib.

Sənətçinin yeni mahnısı sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Bəzi istifadəçilər mahnını bəyəndiklərini bildirərək “70-ci illərin disko ab-havası var”, “Mən bəyəndim, klip də gözəldir”, “Səs çox yaxşıdır” kimi rəylər yazıblar. Digər qrup isə “Hər kəs öz peşəsi ilə məşğul olmalıdır”, “Heç uğurlu alınmayıb”, “Nəyə lazım idi?” kimi tənqidi fikirlər səsləndirib.

Kenan Doğulu da sosial şəbəkə hesabında həyat yoldaşına dəstək ifadə edib. Layihədə əməyi keçən hər kəsə təşəkkür edən Doğulu bildirib:

“Canım, əzizim Berenimin ilk albomunun ilk sinqlı ‘CapitaliZoo’nu sizinlə bölüşməkdən böyük xoşbəxtlik və qürur duyuram. Onun yazdığı mahnılara həyat vermək, demək istədiklərini sizə çatdırmasına töhfə vermək mənim üçün çox özəldir”.

Kenan Doğulu əlavə edib ki, Beren Saat “Exuberance” adlı albom da təqdim edəcək və albomun aprel ayında yayımlanması planlaşdırılır.

Sənətçi sözlərini belə tamamlayıb:

“Dünyanın hər yerindəki sevənləri ilə daha da böyüyəcək musiqi karyerasında da möhtəşəm xatirələr və ilhamverici işlər görəcəyinə inanıram. Xeyirli-uğurlu olsun”.

# 1115 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər