Bakıda “Rəssamların döyüşü” oldu

Bakıda “Rəssamların döyüşü” oldu
27 mart 2024
# 18:10

Bakıdakı populyar “Café Maurice” məkanı çox maraqlı hadisəyə - “Rəssamların döyüşü” adlı müəllif layihəsinin açılışı platformasına çevrilib.

Kulis.az xəbər verir ki, ideya müəllifi və layihənin kuratoru Sona Quliyevanın sözlərinə görə, “Rəssamların döyüşü” rəsm əsərlərinin necə yaranmasına qeyri-trivial nəzər salınmasını ehtiva edir və iki istedadlı rəssam şərti rinqdə yarış formatında “döyüşür”.

Hər bir raunda müəyyən vaxt ayrılır və bu müddətdə iştirakçılar öz əsərlərini yaradırlar. Tədbir çərçivəsində tamaşaçıların müşahidə etdikləri üç raund keçirilir.

Birinci rəssamlıq raundunda rinqin göy küncündə çıxış edən Röya Həsən və qırmızı küncdə olan Roza Murad qarşı-qarşıya gəliblər.

Tamaşaçılar nəinki real vaxtda vizual əsərlərin necə yaradıldığını müşahidə etmək, həm də istedadlı sənətçi-vokalçı Mələk Abbaszadənin ifasında canlı musiqidən, DJ Azadın ifasından və müxtəlif müsabiqələrdə iştirakdan həzz almaq imkanı əldə ediblər ki, bu da ab-hava yaratmağa kömək edib və əsl sənət təntənəsi olub.

Tədbirin qeyri-adi formatı çox həyəcanlı olub: qonaqlar “Rəssamların döyüşü”ndə fəal iştirak edərək, öz sevimlilərini dəstəkləyib və qalibə səs veriblər. Əsərləri tamaşaçıların heyranlığına səbəb olan Röya Həsən kiçik fərqlə qalib gəlib.

Qeyd edək ki, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı Azərbaycan mədəniyyətinin həm ölkə daxilində, həm də xaricdə təbliğinə kömək edən qeyri-adi və kreativ layihələri ilə sənətsevərləri sevindirməkdə davam edir.

# 2462 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə 8 min illik tikili kəşf edildi

Türkiyədə 8 min illik tikili kəşf edildi

19:00 12 avqust 2026
Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı

Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı

18:40 12 avqust 2026
“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

18:20 12 avqust 2026
Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

17:55 12 avqust 2026
Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

17:40 12 avqust 2026
Şeiri və mistisizmi sənətə çevirən  Uilyam Bleyk kim idi?

Şeiri və mistisizmi sənətə çevirən Uilyam Bleyk kim idi?

16:20 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər