Küləkdən savayı kimsə çəkməyəcək dərdimi MƏTN

Küləkdən savayı kimsə çəkməyəcək dərdimi <span style="color:red;"> MƏTN
20 avqust 2014
# 10:55

Kulis.Az Səkinə Qəribin şeirlərini təqdim edir.

Balaca uşaqları küsdürdüm,

Qaçdılar məndən...

Anamı, sonra atamı öldürdüm...

Bu şəhər küsdü məndən,

Qağayılar dənizə yağdı...

Buludlar paramparça....

Özümdən küsmüşəm indi...

Mən öləndə 5-6 küçə pişiyindən,

3-4 əyyaş dostumdan,

Veyl-veyl gəzən küləkdən savayı kimsə çəkməyəcək dərdimi,

Duymayacaq yoxluğumu...

***

Başıma bir sığal çək,

Üstümü ört, soyuqdu...

Sənsizlik udub oturmuşam,

Telefondan zənglər tökülür,

Heç biri də səndən gəlməyib...

Soyuducuda sənin heç sevmədiyin yeməklər,

Televizorum zəhlən gedən ifaçını göstərir...

Unutdurmağa çalışır hər şey səni,

Xatırlatdıqlarından xəbərsiz...

# 2686 dəfə oxunub

Müəllifin son yazıları

# # #