"Netflix" ulduzu anasının 11 yaşı olarkən dünyaya gəlib

"Netflix" ulduzu anasının  11 yaşı olarkən  dünyaya gəlib
27 oktyabr 2025
# 11:40

Netflix layihələrində iştirakı ilə tanınan aktyor Terrell Kartr anasının onu 11 yaşında dünyaya gətirdiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında paylaşım edib.

"Mən xüsusi qayğıya ehtiyacı olan, bir ayağı amputasiya edilmiş 11 yaşlı bir anadan doğulmuşam. Atam isə 26 yaşında idi və eyni ailədən idi -o, anamı zorlamış və ona təcavüz etmişdi. Mən bu hekayəni paylaşmaqla sənin də hekayənə, bir az da olsa, kömək etmək istəyirəm. Hamımızın öz ağrılarımız var. Gəlin, bir-birimizə mərhəmətlə yanaşaraq bu çətinliklərin öhdəsindən birgə gələk",- deyə o, paylaşımda bildirib.

Qeyd edək ki, Terrell Kartr daha çox “Empire”, “Shooter”, “Beauty in the Dark” kimi Netflix-də yayımlanmış layihələrdəki rolları ilə tanınır.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər