Şuşada “Vaqiflə səyahət” adlı bədii-musiqili tamaşanın premyerası olub

Şuşada “Vaqiflə səyahət” adlı bədii-musiqili tamaşanın premyerası olub
19 iyul 2024
# 16:45

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri başa çatıb.

Kulis.az xəbər verir ki, poeziya bayramına iyulun 19-da Xurşidbanu Natəvanın evinin qarşısında təşkil edilən “Vaqiflə səyahət” adlı bədii-musiqili tamaşa ilə yekun vurulub.

Tamaşanın ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Tamaşada Şuşa Dövlət Musiqili Dram Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı və Azərbaycan Dövlət “Yuğ” Teatrının aktyorları ılə yanaşı, Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Nigar Şabanova, xanəndələr Hüseyn Məlikov, Nüşabə Kərimli, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak ediblər.

Qeyd edək ki, qırx iki illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfə təşkil olunub.

# 986 dəfə oxunub

Müəllifin son yazıları

# # #