Xalça Muzeyində beynəlxalq elmi konfrans keçirildi

Xalça Muzeyində beynəlxalq elmi konfrans keçirildi
6 may 2023
# 11:10

Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb.

Kulis.az xəbər verir ki, konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə keçirilir.

Bildirilib ki, beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Macarıstan, Özbəkistan, Polşa, Rumıniya, Cənubi Koreya və Yaponiyadan muzey rəhbərləri və tədqiqatçılar qatılaraq elmi məruzələrlə çıxış edəcəklər.

İkigünlük konfransda akademik sessiyalarla yanaşı, qonaqlar üçün xüsusi mədəni proqram da nəzərdə tutulub.

# 852 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #