Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanıldı

Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanıldı
7 yanvar 2026
# 10:30

Akademik Milli Dram Teatrında gənc yazıçı Pərviz Seyidlinin “Ləng” (“Zamanla yarışan hökmdar”) əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, Əmir Teymurun həyatından, döyüş yolundan və fəthlərindən bəhs edən yeni tamaşanın quruluşçu rejissoru Bəhruz Vaqifoğlu, ikinci rejissoru Nigar Güləhmədova, səhnə tərtibatçısı İsa Əsədov, geyim üzrə rəssamı Aygün Mahmudova, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Ceyran Başarandır.

Yeni səhnə əsərində Əməkdar artistlər Abbas Qəhrəmanov (Teymur), Anar Heybətov (Toxtamış), Kazım Həsənquliyev (Qiyasəddin), Ayşad Məmmədov (Keşiş), Elşən Cəbrayılov (Makro), aktyorlar Afət Məmmədova, Nigar Güləhmədova (Saray xatun), İlahə Həsənova (Anna), Vüsal Mustafayev (Lal), Elçin Nurəliyev, Tural İbrahimov, Əliulla Vəliyev, Rəvan Səmədov, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Məmməd Məmmədli, Əli Nurzadə (tələbə), Fərid Qarayev, Nicat İsgəndərli (döyüşçülər) iştirak edirlər.

Qeyd edək ki, Pərviz Seyidli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərdən qələmə” adlı pyes müsabiqəsinin qalibidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən hər il mart ayının 10-da Azərbaycanda Milli Teatr Günü qeyd olunur. Akademik Milli Dram Teatrı bu günü təntənəli şəkildə qeyd edir. Bu il sənət bayramında Akademik Milli Dram Teatrının qarşılıqlı əməkdaşlıq memorandumları imzaladığı türkdilli ölkələrin - Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın milli teatrlarının rəhbərləri iştirak edəcək. "Ləng” (“Zamanla yarışan hökmdar”) tamaşasının premyerası 10 mart - Milli Teatr Günü münasibətilə təşkil olunacaq təntənəli tədbirdə olacaq.

# 154 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər