“Küknarlara məktub” növbəti dəfə Milli Dram Teatrının səhnəsində

“Küknarlara məktub” növbəti dəfə Milli Dram Teatrının səhnəsində
14 oktyabr 2024
# 16:08

Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində növbəti dəfə “Küknarlara məktub” tamaşası nümayiş olunacaq.

Teatrdan Kulis.az-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Boris Şukin adına Teatr İnstitutunun məzunu Nigar Güləhmədovadır.

Səhnə əsərində rolları Əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva və Lalə Süleymanova ifa edirlər.

“Küknarlara məktub” müharibədən qayıdan, kürəyində küknar ağacı bitən yaralı əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarmaması haqqındadır. Ətrafında olan insanlar onu cəmiyyətə uyğunlaşdırmaq istəsələr də, bütün cəhdlər boşa çıxır. Yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir, ağaca və torpağa çevrilir. Müəllifin mövqeyinə görə ən ciddi qayıdış təbiətə olmalıdır.

Əsərin qəhrəmanı Beri yaralanmağına, müharibədə çəkdiyi bütün əzablara baxmayaraq, təbiətlə ahəngdə yaşayır, yaradana qayıdış yolunu tapır.

# 71 dəfə oxunub

Müəllifin son yazıları

# # #