Aktrisa: "Heç teatrda bilmirəm kimin neçə uşağı var"

Aktrisa:  "Heç teatrda bilmirəm kimin neçə uşağı var"
26 noyabr 2024
# 09:24

"Var olan qüvvəyə hər zaman daş atıblar. Mən duyğusal və ruh adamıyam. Kimsə mənim haqda mənfi danışanda, əksinə hər zaman daha çox çalışmışam. İndiyə kimi kiməsə söz atmamışam, kiminsə işinə qarışmamışam".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "7 Tamam" verilişində deyib. Sənətçi indiyə qədər haqqında yazılan şərhləri oxumadığını bildirib:

"Hər zaman teatrda tamaşamı oynayıb getmişəm. Əgər varsansa, səndən danışacaqlar. İşi-gücü olmayan bekar insanlar bunu edirlər. Heç teatrda bilmirəm kimin neçə uşağı var. Allah hamısını xoşbəxt etsin. Xoş günlərində yanlarındayam. Hər zaman başım öz işimə, ailəmə, baxımıma qarışıqdır. Hələ indiyə kimi vaxtım olmayıb ki, oturub haqqımda yazılan şərhləri oxuyum".

# 602 dəfə oxunub

Müəllifin son yazıları

# # #