Vətənpərvərlik haqqında o məşhur ifadə Tolstoyun deyilmiş

Vətənpərvərlik haqqında o məşhur ifadə Tolstoyun deyilmiş
13 may 2015
# 14:54

“Patriotizm əclafların son sığınacaq yeridir.” Bir çoxları elə bilir ki, bu məşhur fikir Lev Tolstoya məxsusdur. Amma əslində elə deyil. “Vətənpərvərlik...” fikrinin müəllifi ingilis şairi esseisti, tənqidçisi Samuel Consondur. O, bu fikri 1775-ci ildə Ədəbiyyat klubundakı nitqi zamanı işlədibmiş.

1709-1784-cü illərdə yaşayan şair həm də ingilis dilinin ilk izahlı lüğətini tərtib edib. O, lüğətdə patriotizm sözü barədə yazırdı: “ən dərin hisslərlə vətənə sevgi”

Conson hələ məşhur fikrini işlətməmişdən bir əvvəl “Patriotuim” adlı esse də yazmışdı. Lakin bu söz siyasi dairələrdə müəyyən qüvvələr tərəfindən başqa mənalarda işlənildiyi üçün Conson lüğətin dördüncü nəşrində düzəlişlər edir: “bəzən də fraksion qüvvələrin hökumətə hücumları zamanı istifadə olunur.”

Consonun bu ifadəsi sonralar Qərbdə müxtəlif şəxslər tərəfindən müxtəlif cür işlədilib. Rusiya və mədəni cəhətdən ona yaxın ölkələrdə bunun Tolstoyun fikri kimi qəbul olunmasının isə olduqca sadə səbəbi var.

Yazıçı 1906-cı ildə çap elədiyi “Oxu dairəsi” (şərti tərcümə-red.) adlı dini-fəlsəfi kitabında Consonun bu fikrini işlədib. Amma ingilis şairdən fərqli olaraq fikri neqativ mənada səsləndirib. Məşhur ifadəyə ilk dəfə Tolstoyun kitabında rast gələn oxucular isə bunu onun ayağına yazıblar. Və 100 ildən çoxdur ki, belə də davam edir.

# 2201 dəfə oxunub

Müəllifin son yazıları

# # #