Yazarlara dəstək layihəsi başladı

ilham Əziz, Samirə Əşrəf

ilham Əziz, Samirə Əşrəf

11 may 2022
# 15:59

Kitab təqdimatı və imza günlərinin keçirilməsinə dəstək layihəsi start götürür. Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi nəzdində Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəz dəstək layihəsini ictimaiyyətə təqdim edir.


Kulis.az xəbər verir ki, tədbirdə yaradıcı şəxslərə kitab təqdimatları, imza günlərinin keçirilməsinə mərkəz tərəfindən məkan və texniki dəstək təklif olunacaq.


Bundan sonra yazarlar Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzə müraciət edərək təklif olunan dəstəkdən yararlana bilər.


Açılış tədbiri tərkibində açıq havada təşkil edilən furşet masası arxasında yazarlar Samirə Əşrəf və İlham Əzizin imza günləri də baş tutacaq.


Tədbir 13.05.2022-ci il saat 17:00-da “Art Tower Gallery”də keçiriləcək.

# 1430 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #