Yapon pritonlarındakı müəllimlər, stüardessalar...

Yapon pritonlarındakı müəllimlər, stüardessalar...
13 mart 2015
# 12:21

Yaponiyadakı pritonlarda əksərən Tayvan, Filippin və uzaq Şərqin digər kasıb ölkələrindən gələn qızlar işə cəlb olunur. "Kulis"in məlumatına görə, bu barədə sozcu.com yazıb. Məlumata görə, Qərbi Avropa Şərqi Avropa ölkələrinin qızlarını fahişəliyə cəlb etdiyi kimi yaponlar da kasıb Uzaq Şərq qızlarını fahişə kimi işlədirlər.

Yaponiyada pritonlar dünyadakılardan fərqlidir. Beşulduzlu otel rahatlığı olan pritonlarda ən çox diqqət çəkən isə ifrat təmizlikdir.

Amma buranın başqa bir fərqliliyi də pritonlardakı otaqların görüntüləridir. Bu otaqlar metro vaqonu, təyyarə kabinəsi, sinif otağı, kosmik gəmi və oxşar otaqlar kimi dizayn olunub. Bu otaqlara uyğun olaraq fahişələr müxtəlif qiyafələr də geyinirlər.

# 1010 dəfə oxunub

Müəllifin son yazıları

# # #