Misirdə qədim abidə tapılıb

Misirdə qədim abidə tapılıb
23 fevral 2018
# 10:32

Alimlər Misirin şimalında fironların XXVI xanədanının hakimiyyəti dövrünə (E.Ə. 685-525-ci illər) təsadüf edən məbəd aşkar ediblər.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə arxeologiya abidəsi Kafr əl-Şeyx əyalətində tapılıb.

Arxeoloqlar qədim məbədin ərazisində divar və döşəmənin qalıqları, o cümlədən Tanrı və fironların heykəlləri tapılıb.

Misir dövləti Tell əl-Farain rayonunu turistlər üçün maraqlı ola biləcək abidələr siyahısına salmağı düşünürlər. Ərazidə muzey tikilərək tapıntılar nümayiş olunacaq.

Fironların XXVI xanədanı Qədim Misirdə bizim eradan əvvəl VII-VI əsrlərdə hakimiyyətdə olub.

# 1276 dəfə oxunub

Müəllifin son yazıları

# # #