Məlumat lövhələrinin dizaynının hazırlanması ilə bağlı müsabiqə elan olundu

Məlumat lövhələrinin dizaynının hazırlanması ilə bağlı müsabiqə elan olundu
15 aprel 2024
# 18:50

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri üçün “Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi”ni elan edib.

Kulis.az xəbər verir ki, müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları dizayn layihələrini aprelin 15-dən mayın 15-dək təqdim edə bilərlər.

Layihənin təşkil edilməsində məqsəd tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılmağı üçün məlumat lövhələrinin yeni dizaynının hazırlanmasıdır. Müsabiqə dizayn layihələrinin qəbulu və təqdim edilən materialların qiymətləndirilməsi olmaqla iki mərhələdən ibarətdir.

Qeyd edək ki, müsabiqə qaliblərinin adları mayın 30-da elan olunacaq.

# 597 dəfə oxunub

Müəllifin son yazıları

# # #