Yazıçılar Birliyinə yeni üzvlər qəbul olundu

Yazıçılar Birliyinə yeni üzvlər qəbul olundu
9 yanvar 2014
# 16:10

AYB üzvü, Gənc Ədiblər Məktəbinin məsul katibi Emin Pirinin ANN.Az-a verdiyi məlumata görə, bu toplantının məqsədi gənc ədiblərlə daha yaxından tanış olmaq və onların arasından istedadlı gənclərin AYB-yə üzv edilməsi olub.

Gənclər üzrə katibi Rəşad Məcid, Tənqidçi Əsəd Cahangir gənclərin əsərləri ilə tanış olublar. Müzakirələrdən sonra 10-a yaxın GƏM üzvünün AYB-yə üzv edilməsi qərara alınıb.

Xatırladaq ki, 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə AYB tərəfindən yaradılan Gənc Ədiblər Məktəbinin rəhbəri Rəşad Məcid, məsul katibi isə şair Emin Piridir.

Gənc Ədiblər Məktəbinin hazırda 150-ə yaxın üzvü var. Son bir il ərzində onlardan 20-yə yaxını AYB-yə üzv edilib, 10-a yaxını isə prezident təqaüdü alıb.

# 1797 dəfə oxunub

Müəllifin son yazıları

# # #