Dostu Freddi Merkurinin son istəyi barədə danışıb.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, rok musiqisinin kralı hesab olunan, 1991-ci ildə QİÇS-dən dünyasını dəyişən Freddi Merkurinin keçmiş köməkçisi və dostu Peter Freestone Merkurinin son istəyi barədə danışıb.
Freestone İsveçrəyə səyahətdən sonra Merkurinin içki içməyi dayandırdığını və ölüm üçün hazırlaşmağa başladığını etiraf edib. "Düşünürəm ki, o, sadəcə vaxtının çatdığını hiss edib başa düşmüşdü”.
Freestonun sözlərinə görə, sənətçinin son istəyi sənət kolleksiyasını nəzərdən keçirmək olub.
“Kolleksiyasını yoxlamaq üçün o, çox zəif idi, buna görə də onun mənzilindəki pilləkənlərin məhəccərini sökməli oldular. Yalnız bundan sonra o, mənim köməkliyimlə qonaq otağına keçib kolleksiyalarına baxa bildi”.
Peter Freestone 1998-ci ildə “Freddi Merkuri. Yaxın dostun xatirələri” adlı xatirə kitab çap etdirib.