AMEA Əlyazmalar İnstitutu Azərbaycan şairi Nəcəfqulu bəy Şeydanın təzkirəsini əldə edib

AMEA Əlyazmalar İnstitutu Azərbaycan şairi Nəcəfqulu bəy Şeydanın təzkirəsini əldə edib
29 mart 2013
# 18:24

Əlyazmalar İnstitutu XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Nəcəfqulu bəy Şeydanın «Gülşəni-maarif» təzkirəsinin əlyazmasını onun nəvələrindən əldə edib.

İnstitutdan APA-ya verilən məlumata görə, indiyə qədər N. Şeydanın şeirlər toplusu Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimovun tərtibatı və ön sözü ilə çap edilib: “Şair bir sıra şeirlərində sovet quruluşunu insan hüquqlarını tapdalayan, sözün düzünü deyənləri məhv edən, xalqın başına bəlalar gətirən rejim kimi tənqid edir. Sovet Azərbaycanında yaşayaraq, qorxmadan açıq mətnlə rejimi belə cəsarətlə qamçılayan ikinci bir şairə rast gəlinmir”.

N. Şeydanın “Gülşəni-maarif” təzkirəsində XIX əsrdə – XX əsrin əvvəllərində Qarabağda, Bakıda və Şamaxıda yaşamış 24 Azərbaycan şairi barədə dəyərli məlumatlar, əsərlərindən nümunələr var. Təzkirənin nəşri və tədqiqi həmin dövr ədəbiyyat tarixinin öyrənilməsi baxımından önəmlidir.

# 2129 dəfə oxunub

Müəllifin son yazıları

# # #