"Mələk" filmi nümayiş olunacaq

"Mələk" filmi nümayiş olunacaq
6 dekabr 2019
# 18:53

Dekabrın 9-u Nizami Kino Mərkəzində “Mələk” tammetrajlı bədii filminin nümayişi olacaq.

Komitədən Kulis.az-a verilən məlumata görə, film Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə gənc prodüsser Kənan Fərzəliyevin işçi qrupu ilə birgə ərsəyə gəlib.

Qeyd edək kik, nümayişdə tanınmış incəsənət xadimləri, hökumət və media nümayəndələri, YAP Gənclər Təşkilatı üzvləri iştirak edəcəklər.

Filmin nümayişi “Qadın zorakılığına qarşı 16 günlük kampaniya” (25 noyabr - 10 dekabr) çərçivəsində keçirilir.

# 4452 dəfə oxunub

Müəllifin son yazıları

# # #