Pianoçu Mixil Bortslap Bakıda çıxış edəcək

Pianoçu Mixil Bortslap Bakıda çıxış edəcək
20 avqust 2017
# 11:38

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 22-də Rotunda caz klubunda Mixil Bortslap triosu konsert proqramı ilə çıxış edəcək. Hollandiyalı pianoçu Mixil Bortslap Telonius Monk müsabiqəsinin qalibidir.

Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 22-də Rotunda caz klubunda, həmçinin kolumbiyalı musiqiçi Edmar Kastanedanın konserti olacaq. O, arfada Latın Amerikası caz kompozisiyalarını təqdim edəcək. Həmin gün “Cine” klubunda isə “Günəşli vadinin serenadası” filmi nümayiş etdiriləcək. Filmin rejissoru Brüs Hamberstoundur.

# 949 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #