Rusiyada Teleqram tətbiqinin VPN vasitəsilə də işləməyəcəyi bildirilib.
Kulis.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov açıqlayıb.
Onun sözlərinə görə, platforma ölkədə tam bloklanacaq və istifadəçilər VPN vasitəsilə də ondan istifadə edə bilməyəcəklər.
Deputat qeyd edib ki, Nəzarət Xidməti bütün internet trafikini bloklamaq imkanına malikdir və məhdudiyyətləri aşmaq cəhdlərinin qarşısını alacaq.