“Mona Liza”nın portreti olan otaqda gecələyəcək – Müsabiqə

“Mona Liza”nın portreti olan otaqda gecələyəcək – Müsabiqə
9 aprel 2019
# 17:05

Parisdə yeni bir müsabiqəyə başlanılıb.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, Parisdə yerləşən “Luvr” muzeyi “Cakonda ilə bir gecə” adlı müsabiqəsinə start verib. Müsahibənin şərtlərinə əsasən qalib niyə Cakonda ilə bir gecə keçirilməlidir sualına ən maraqlı cavab verən şəxs olacaq.

Aprel ayının 30-da başa çatan müsabiqənin qalibi “Luvr” muzeyində şam yeməyi edəcək, muzeydə heç bir ödəniş olmadan gəzəcək və gecənin sonunda Leonardo da Vinçinin “Mona Liza” portreti olan otaqda gecələyəcək.

# 2133 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #