Britaniyalı yazıçı vəfat etdi

Britaniyalı yazıçı vəfat etdi
13 dekabr 2025
# 10:35

Britaniyalı yazıçı Coanna Trollop 82 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, onun ailəsinin bildirdiyinə görə, yazıçı Oksfordşirdəki evində sakit şəkildə dünyasını dəyişib, ölüm səbəbi açıqlanmayıb.

Trollop romantika və ailədaxili münasibətlər mövzusunda yazdığı romanları ilə tanınıb və əsərləri 25-dən çox dilə tərcümə edilib.

Bir sıra kitabları televiziya üçün ekranlaşdırılıb.

Qeyd edək ki, Coanna Trollop müasir Britaniya ədəbiyyatının ən nüfuzlu simalarından biri hesab olunurdu.

# 62 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər