17 yaşlı Sief Hamza adlı gənc il yarım əvvəl düşdüyü ağır depressiyadan rəssamlıqla məşğul olandan sonra asanlıqla xilas olub. O, bütün hiss və yaşantılarını kətana köçürməklə içini boşalda bilib. Özü bu barədə deyir:
“Əvvəlcə mənim üçün çox bəsit bir vəziyyət yarandı, rəsm çəkə-çəkə bütün düşüncə və duyğularımı əks etdirməyə başladım. Qaranlıqdan çıxmağın fərqli yolları var və mənim yolum bu sənət oldu. Ümid edirəm, bu rəsmlərdən siz də nələrsə hiss edəcəksiniz.”
Kulis.az digər tamaşaçılara da müsbət təsir edən həmin rəsmləri təqdim edir.