Türklər azərbaycanlı və erməni gəncin sevgisindən bəhs edən serial çəkəcək

Türklər azərbaycanlı və erməni gəncin sevgisindən bəhs edən serial çəkəcək
25 iyun 2013
# 10:44

Türkiyədə azərbaycanlı və erməni gəncin sevgisindən bəhs edən serial çəkiləcək.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin “Axşam” qəzetinin iddiasına görə, serial azərbaycanlı oğlanla erməni qızın sevgisindən bəhs edəcək.

Qəzetin yazdığına görə, artıq serialın baş qəhrəmanları da müəyyənləşib. Belə ki, bir müddət əvvəl “tükənmişlik sindromu” diaqnozu ilə Türkiyənin ən məşhur serialı “Möhtəşəm Yüzil”i tərk edib Almaniyada müalicəyə gedən Məryəm Uzerli də serialda rol alacaq. Digər qəhrəman isə “Aşkı Memnu” serialından tanıdığımız Kıvanc Tatlıtuğ olacaq.

Serialın çəkilişlərinə 2014-cü ilin fevral ayında başlanacağı və sentyabr ayında isə “Kanal D”də yayımlanacağı bildirilir.

# 1789 dəfə oxunub

Müəllifin son yazıları

# # #