Maqsud İbrahimbəyovun hekayəsi Qırğızıstan ədəbiyyat portalında

Maqsud İbrahimbəyovun hekayəsi Qırğızıstan ədəbiyyat portalında
1 sentyabr 2020
# 17:41

Qırğızıstanın populyar Literatura.kg (“Ədəbiyyat”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Уютное место в сквере” (“Bağçada rahat yer”) hekayəsinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən Kulis.az -a bildirilib ki, əsər “Yaxın xarici ölkələrdə ədəbiyyat – Azərbaycan” adlı xüsusi bölməyə yerləşdirilib.

Qeyd edək ki, “Yaxın xarici ölkələrdə ədəbiyyat” bölməsi mütəmadi olaraq səhifələrində Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin aparıcı ədəbiyyatlarına yer ayırır.

# 1168 dəfə oxunub

Müəllifin son yazıları

# # #