Qılman İlkinin 100 illik yubileyi haqqında SƏRƏNCAM

Qılman İlkinin 100 illik yubileyi haqqında SƏRƏNCAM
8 iyul 2014
# 18:01

Azərbaycan prezidenti İlham Əliyev Xalq yazıçısı Qılman İlkinin (Qılman İsabala oğlu Musayevin) 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

# 1658 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #