Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində “kitab və ətirlər” adı altında qeyri adi kitab sərgisi açılacaq.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə heç bir analoqu olmayan sərginin məqsədi insanların diqqətini kitablara və mütaliəyə cəlb etməkdir. Sərginin kuratoru Olqa Klimkinanın sözlərinə görə sərgidə təqdim olunacaq on ətir ən məşhur ədəbi əsərlərin motivlərinə uyğun və ya məlum ədəbi obrazlara əsasən xüsusi olaraq sərgi üçün yaradılıb.
Sərgidə ziyarətçilərə ədəbi personajlara həsr edilmiş "Karenin", "Qella", “Şahzadə qız-Qu quşu”, "Usta və Marqarita", "Qaratoxmaq qız", "Tufan", "Puşkin", "Mən Mayakovskiyəm" adlı ətirlər təqdim olunacaq.