Kulisin əməkdaşının pyesi səhnələşdirildi – PREMYERA

Kulisin əməkdaşının pyesi səhnələşdirildi – <span style="color:red;">PREMYERA
16 dekabr 2015
# 11:43

Dekabrın 17-si saat 7-də Gənc Tamaşaçılar Teatrında gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” adlı tamaşanın premyerası olacaq.

Müəllifin bildirdiyinə görə, Xocalı faciəsində əsir düşmüş qızın əsirlikdən sonrakı həyatından bəhs edən tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.

Tamaşada əməkdar artist Gülər Nəbiyeva, Kərəm Hadızadə, Küşvər Şərifova, Nuriyə Əliyeva, Elşən Şıxəliyev, İlham Əsədov, Eşqin Quliyev, Roza İbadova, Səbinə Məmmədova və Anar Seyfullayev oynayırlar.

# 1076 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #